10 gün ərzində qeydiyyata düşməyənləri CƏRİMƏ GÖZLƏYİR – Hüquqşünas açıqladı
04 Oktyabr 2026, 16:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
446
10.07.2026, 22:53
Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla anklav və eksklav məsələlərinin həlli istiqamətində irəli sürdüyü iki mümkün variant regionda geniş müzakirələrə səbəb olub. Sülh prosesinin mühüm tərkib hissəsi olan bu məsələ tərəflər arasında sərhədlərin delimitasiyası və demarkasiyası fonunda xüsusi aktuallıq kəsb edir. Hazırda Qazax istiqamətində müəyyən irəliləyişlərin əldə olunması bu istiqamətdəki diplomatik aktivliyi daha da sürətləndirib. Rəsmi Bakı isə hər zaman olduğu kimi, prosesdə milli maraqların və strateji təhlükəsizlik amillərinin qorunmasını prioritet hesab edir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Milli Məclisin deputatı, politoloq Elşad Mirbəşiroğlu məsələnin bütün detallarını şərh edib:
"Bildiyimiz kimi, əsasən Azərbaycanın Qazax istiqamətindəki kəndləri Ermənistan ərazilərinin içərisində yerləşir, yəni Azərbaycana məxsus ərazilərdir. Hazırda Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasının və demarkasiyasının həyata keçirilməsi üçün xüsusi komissiya fəaliyyət göstərməkdədir. Artıq Qazax istiqamətində də 12 kilometrə qədər ərazi delimitasiya olunub”.
Politoloq anklav və eksklav məsələsinə gəldikdə isə bildirib ki, bu, birgə işçi qrupunun işidir:
“Bunun üçün bir çox amilləri nəzərə almaq lazımdır. Birincisi, həmin ərazilərin hansı halda daha effektiv məskunlaşdırılması və bizim ərazilərimizin intensiv əlaqə imkanlarının yaradılması önəmlidir. Həmin ərazidə yaşayacaq soydaşlarımızla intensiv əlaqə imkanlarının yaradılması, onların təhlükəsizlik təminatları məsələlərinin həll edilməsi kimi mühüm məqamlar mövcuddur.
Əsas variantlardan biri kimi o ola bilər ki, həmin ərazilərlə elə Azərbaycan arasında bir quru bağı olsun, əlaqəsi daimi qalsın. Bu da hansısa bir formada sərhədlərin delimitasiyası zamanı nəzərdən keçirilə bilər, yəni bu formada olması mümkündür”.
E.Mirbəşiroğlu hesab edir ki, orada zəruri şərtlər ödəniləcəyi təqdirdə, hər hansı bir variantı seçmək mümkündür.
Deputat eyni zamanda dövlətimizin bu məsələdə də ən doğru addımı atacağını xüsusi vurğulayıb:
"Düşünürəm ki, dövlətimiz hər zaman olduğu kimi, burada da ən optimal variantı seçəcəkdir. Əsas odur ki, soydaşlarımızın həm təhlükəsizlik təminatı yüksək səviyyədə olsun, həm də onlarla kommunikasiya imkanları kifayət qədər effektiv və geniş qurulsun. Bu baxımdan düşünürəm ki, bütün zəruri amillər nəzərə alınmaqla, sözügedən məsələ ilə bağlı mütləq bir ortaq məxrəcə gəlinəcəkdir".
Çimnaz Telmanqızı
20:53 / 04 Oktyabr 2026
28
20:43 / 04 Oktyabr 2026
33
20:21 / 04 Oktyabr 2026
46
20:06 / 04 Oktyabr 2026
69
19:55 / 04 Oktyabr 2026
60
19:44 / 04 Oktyabr 2026
159
19:23 / 04 Oktyabr 2026
63
19:16 / 04 Oktyabr 2026
104
19:09 / 04 Oktyabr 2026
96
18:44 / 04 Oktyabr 2026
90
18:34 / 04 Oktyabr 2026
70
17:50 / 04 Oktyabr 2026
91
17:45 / 04 Oktyabr 2026
88
17:35 / 04 Oktyabr 2026
91
17:30 / 04 Oktyabr 2026
584
17:23 / 04 Oktyabr 2026
466
17:20 / 04 Oktyabr 2026
62
16:58 / 04 Oktyabr 2026
3027
16:56 / 04 Oktyabr 2026
393
16:55 / 04 Oktyabr 2026
272
16:53 / 04 Oktyabr 2026
459
16:51 / 04 Oktyabr 2026
101
16:49 / 04 Oktyabr 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.