10 gün ərzində qeydiyyata düşməyənləri CƏRİMƏ GÖZLƏYİR – Hüquqşünas açıqladı
04 Oktyabr 2026, 16:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
746
09.07.2026, 21:51
Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın neft emalı zavodlarına (NEZ) və digər strateji obyektlərinə pilotsuz uçuş aparatları (PUA) ilə endirdiyi ardıcıl zərbələr Rusiya Prezidenti Vladimir Putinin narazılığına səbəb olub.
Oxu24.com bildirir ki, “Reuters” agentliyinin anonim mənbələrə istinadən yaydığı məlumata görə, Putin Ukraynaya daha sərt cavab verilməsi tərəfdarıdır.
Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Ukraynanın müttəfiqləri hesab edirdilər ki, Rusiyanın enerji infrastrukturuna endirilən uğurlu PUA hücumları müharibənin gedişini dəyişəcək və Moskvanı hərbi əməliyyatları dayandırmağa məcbur edəcək.
Lakin “Reuters”in mənbələri bildirirlər ki, bu hücumlar əksinə, Putinin müharibəni davam etdirmək və cavab zərbələri vurmaq əzmini daha da gücləndirib.
Bildirilir ki, Rusiyanın neft emalı zavodlarına hücumlardan sonra Rusiya ordusu Kiyevə bir neçə dəfə genişmiqyaslı raket və dron zərbələri endirib. Nəticədə onlarla insan həlak olub.
Mənbələrin iddiasına görə, Putin Donbasın tam nəzarət altına alınması planından da imtina etmək niyyətində deyil.
Qeyd olunur ki, o, cəbhə xətti üzrə münaqişənin dondurulmasını təklif edən bir qrup müşavirini sərt tənqid atəşinə tutub, Kremlə qələbənin lazım olduğunu bildirib.
“Reuters”in həmsöhbətləri Putinin Rusiya ordusunun yaxın vaxtlarda Donbasın bütün ərazisinə nəzarəti ələ keçirəcəyinə inandığını deyirlər.
Bundan əlavə, agentliyin məlumatına görə, Putin müharibənin daha da genişlənməsinə hazırlaşır. Mənbələrdən biri hesab edir ki, eskalasiya artıq yaxın aylarda baş verəcək. Bunun hansı formada olacağı isə açıqlanmır./globalinfo
20:06 / 04 Oktyabr 2026
20
19:55 / 04 Oktyabr 2026
39
19:44 / 04 Oktyabr 2026
77
19:23 / 04 Oktyabr 2026
50
19:16 / 04 Oktyabr 2026
82
19:09 / 04 Oktyabr 2026
72
18:44 / 04 Oktyabr 2026
70
18:34 / 04 Oktyabr 2026
57
17:50 / 04 Oktyabr 2026
80
17:45 / 04 Oktyabr 2026
75
17:35 / 04 Oktyabr 2026
82
17:30 / 04 Oktyabr 2026
533
17:23 / 04 Oktyabr 2026
367
17:20 / 04 Oktyabr 2026
55
16:58 / 04 Oktyabr 2026
2565
16:56 / 04 Oktyabr 2026
326
16:55 / 04 Oktyabr 2026
229
16:53 / 04 Oktyabr 2026
254
16:51 / 04 Oktyabr 2026
93
16:49 / 04 Oktyabr 2026
81
14:30 / 04 Oktyabr 2026
110
14:04 / 04 Oktyabr 2026
148
14:00 / 04 Oktyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.