Prezidentin nazir müavini təyin etdiyi şəxs kimdir? - DOSYE
07 İyul 2026, 11:01
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
486
26.06.2026, 17:19
Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda regional nəqliyyat əlaqələrini inkişaf etdirmək və Ermənistanın logistika imkanlarını artırmaq məqsədilə yeni təşəbbüslə çıxış edib. Planlaşdırılan layihəyə əsasən, Aİ İrəvana Azərbaycan sərhədindən Türkiyə sərhədinə qədər uzanan strateji yol marşrutlarının hazırlanmasında texniki və maliyyə dəstəyi göstərəcək. Brüsselin bu addımı Ermənistanı regionda etibarlı nəqliyyat-logistika qovşağına çevirmək hədəfinə xidmət edir.
Lakin ekspertlər qeyd edirlər ki, regionun mövcud geosiyasi reallıqları və infrastruktur problemləri fonunda bu layihənin nə dərəcədə real və səmərəli olacağı ciddi suallar doğurur. Xüsusilə regional kommunikasiyaların tam açılmaması və infrastrukturun zəifliyi layihənin icrasını ləngidən əsas amillər sırasındadır.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən nəqliyyat eksperti Adil Nəbiyev layihənin siyasi, iqtisadi və texniki aspektlərini şərh edərək bildirib ki, təkcə yeni avtomobil yolunun tikilməsi hər hansı ölkəni qısa müddətdə regional logistika qovşağına çevirmir:
“Ermənistanın mövcud nəqliyyat infrastrukturu hələ də ciddi yenilənməyə ehtiyac duyur. Dağlıq relyef, bəzi magistralların məhdud ötürücülük qabiliyyəti və beynəlxalq yükdaşımalar üçün zəruri logistika mərkəzlərinin yetərli səviyyədə olmaması böyük həcmli investisiyalar tələb edir. Avropa İttifaqının maliyyə və texniki dəstəyi müəyyən irəliləyiş yarada bilər, lakin bunun nəticələri qısa müddətdə özünü göstərməyəcək”.
Ekspertin sözlərinə görə, regionun nəqliyyat-logistika xəritəsi yalnız yollarla formalaşmır:"Sərhəd keçidlərinin operativliyi, gömrük prosedurlarının sadəliyi, siyasi sabitlik, qonşu ölkələrlə əməkdaşlıq və yük axınlarının iqtisadi cəlbediciliyi ən az infrastruktur qədər vacib amillərdir. Əgər Ermənistan Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılması istiqamətində real irəliləyiş əldə edə bilsə, bu marşrutlar alternativ tranzit imkanlarını genişləndirə və yükdaşımaların şaxələndirilməsinə töhfə verə bilər”.
A. Nəbiyev əlavə edib ki, yaxın perspektivdə bu layihənin regionun əsas nəqliyyat dəhlizlərini əvəz edəcəyini gözləmək doğru olmaz:“Azərbaycan artıq Orta Dəhliz çərçivəsində limanlara, dəmir yollarına və avtomobil magistrallarına böyük investisiyalar yatıraraq güclü tranzit infrastrukturu formalaşdırıb. Bu baxımdan, Ermənistan üzərindən planlaşdırılan marşrutlar daha çox mövcud dəhlizləri tamamlayan alternativ istiqamət kimi qiymətləndirilə bilər”.
Sonda ekspert vurğulayıb ki, Aİ-nin dəstəyi Ermənistanın nəqliyyat infrastrukturunu inkişaf etdirə bilər, lakin onun tamhüquqlu regional logistika qovşağına çevrilməsi yalnız yolların tikintisindən deyil, həm də regional əməkdaşlığın genişlənməsindən, siyasi münasibətlərin normallaşmasından və beynəlxalq yük bazarının həmin marşrutlara nə dərəcədə üstünlük verməsindən asılı olacaq.
Çimnaz Telmanqızı
11:10 / 07 İyul 2026
1
11:09 / 07 İyul 2026
7
11:05 / 07 İyul 2026
16
11:01 / 07 İyul 2026
49
10:53 / 07 İyul 2026
104
10:48 / 07 İyul 2026
32
10:46 / 07 İyul 2026
35
10:39 / 07 İyul 2026
51
10:32 / 07 İyul 2026
48
10:15 / 07 İyul 2026
264
10:12 / 07 İyul 2026
66
09:59 / 07 İyul 2026
65
09:58 / 07 İyul 2026
775
09:38 / 07 İyul 2026
440
09:34 / 07 İyul 2026
126
09:27 / 07 İyul 2026
64
09:24 / 07 İyul 2026
72
09:16 / 07 İyul 2026
281
09:11 / 07 İyul 2026
184
09:08 / 07 İyul 2026
66
00:44 / 07 İyul 2026
155
00:18 / 07 İyul 2026
691
00:16 / 07 İyul 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.