Azərbaycan XİN Polşa və Anqolanı Milli Gün münasibətilə təbrik edib
11 Noyabr 2026, 10:19
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
11174
28.05.2026, 23:51
Maliyyə bazarlarında şəffaflığı artıracaq və sığorta xidmətlərini hər kəs üçün əlçatan edəcək yeni mərhələ başlayır. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənmiş “Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində ölkəmizdə irimiqyaslı islahatların tətbiqinə start verilir.
Proqramın gətirdiyi ən mühüm yeniliklərdən biri — “Açıq Sığorta Modeli” (Open Insurance) və mikrosığorta bazarının formalaşdırılmasıdır.
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) ekspert qrupunun üzvü Emil Ağabağırov mövzu ilə bağlı açıqlamasında bu yeniliklərin vətəndaşların sığortaya çıxışını necə asanlaşdıracağını və prosesin detallarını Oxu24.com-a şərh edib.
Ekspert bildirib ki, hazırda Dövlət Proqramının icrası istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi, tədqiqatların aparılması və ciddi hazırlıq prosesi gedir:
“Bu proqram çərçivəsində ilkin olaraq maliyyə institutlarının modelin tətbiqinə hazırlıq səviyyəsi qiymətləndiriləcək. Daha sonra müvafiq hüquqi baza formalaşdırılacaq. Son nəticədə isə ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin ən azı 50 faizinin açıq sığorta modelini tətbiq etməsi planlaşdırılır.”
“Açıq Sığorta Modeli" vətəndaşa nə vəd edir?
Açıq sığorta modeli texnoloji inteqrasiyanı və məlumatların təhlükəsiz şəkildə paylaşılmasını nəzərdə tutur. Bu model vətəndaşlar üçün sığorta xidmətlərini tamamilə rəqəmsallaşdıracaq. Sakinlər vahid platformalar üzərindən fərqli şirkətlərin təkliflərini asanlıqla müqayisə edə, bürokratik maneələr olmadan və vaxt itirmədən özlərinə uyğun sığorta məhsulunu seçə biləcəklər. Bu da bazarda rəqabəti artıraraq qiymətlərin daha da optimallaşmasına şərait yaradacaq.
Mikrosığorta nədir və kimlər üçündür?
Dövlət Proqramının digər mühüm istiqaməti isə mikrosığorta bazarının inkişaf potensialının qiymətləndirilməsi və stimullaşdırılmasıdır. Emil Ağabağırov mikrosığorta anlayışını və onun mexanizmini sadə dillə belə izah edib:
“Mikrosığorta — daha az gəliri olan əhalinin sığorta xidmətlərinə əlçatanlığının təmin edilməsi deməkdir. Burada məqsəd vətəndaşın daha az sığorta haqqı ödəməklə müəyyən risklərdən qorunmasıdır.
Məsələn, adi bir sığorta zərfi üçün illik ödəniş 200 manatdırsa və bunun qarşılığında (simvolik olaraq) 10 000 - 20 000 manatlıq təminat verilirsə, az təminatlı əhali qrupu üçün bu məbləğ yüksək ola bilər. Mikrosığorta modelində isə vətəndaş 200 manat deyil, tutaq ki, cəmi 20 manat sığorta haqqı ödəyəcək. Bunun müqabilində isə ona 2 000 - 3 000 manatlıq təminat təklif olunacaq. Beləliklə, vətəndaş daha az ödəməklə, eyni risklər üzrə az, lakin öz büdcəsinə tamamilə yetərli sığorta təminatı əldə etmiş olacaq”.
ASA rəsmisi vurğulayıb ki, bu layihə ölkənin maliyyə ekosistemi üçün çox geniş və strateji bir addımdır. Hazırda bu istiqamətdə lazımi mexanizmlərin qurulması və təcrübənin tətbiqi üzərində işlər aktiv şəkildə davam etdirilir.
Növbəti dövrlərdə rəsmi məlumatlar toplandıqca və hüquqi addımlar rəsmiləşdikcə, ictimaiyyətə daha geniş və detallı açıqlamaların veriləcəyi bildirilib.
Çimnaz Telmanqızı
10:56 / 11 Noyabr 2026
1
10:51 / 11 Noyabr 2026
24
10:48 / 11 Noyabr 2026
29
10:45 / 11 Noyabr 2026
39
10:33 / 11 Noyabr 2026
49
10:19 / 11 Noyabr 2026
63
10:13 / 11 Noyabr 2026
61
10:10 / 11 Noyabr 2026
71
10:10 / 11 Noyabr 2026
197
10:09 / 11 Noyabr 2026
113
09:56 / 11 Noyabr 2026
70
09:37 / 11 Noyabr 2026
754
09:35 / 11 Noyabr 2026
104
09:29 / 11 Noyabr 2026
85
09:25 / 11 Noyabr 2026
92
09:24 / 11 Noyabr 2026
80
09:22 / 11 Noyabr 2026
115
09:20 / 11 Noyabr 2026
85
08:58 / 11 Noyabr 2026
141
08:53 / 11 Noyabr 2026
499
01:50 / 11 Noyabr 2026
426
01:00 / 11 Noyabr 2026
202
00:31 / 11 Noyabr 2026
285
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.