Kiriakos Mitsotakis Prezident İlham Əliyevi təbrik edib
27 May 2026, 16:00
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
86
27.05.2026, 17:02
Azərbaycan xalqının dövlətçilik tarixində müstəsna siyasi və tarixi əhəmiyyətə malik olan 28 May - Müstəqillik Günü milli istiqlal ideallarının təntənəsi, xalqımızın azad yaşamaq iradəsinin və müstəqil dövlət qurmaq əzminin ən parlaq təzahürlərindən biri kimi dəyərləndirilir. 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması yalnız Azərbaycan xalqının siyasi taleyində deyil, bütövlükdə Şərq və müsəlman dünyasının tarixində yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Məhz həmin tarixdə Azərbaycan xalqı ilk dəfə olaraq Şərqdə və müsəlman aləmində demokratik, hüquqi, dünyəvi, parlament idarəçilik sisteminə əsaslanan dövlət quruluşunu yaratmaqla müasir dövlətçilik ənənələrinin əsasını qoymuşdur.
Bu sözləri Oxu24.com-a açıqlamasında millət vəkili Zaur şükürov bildirib.
"Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın əsrlər boyu formalaşmış milli şüurunun, dövlətçilik düşüncəsinin və azadlıq ideallarının siyasi təcəssümü idi. Cəmi 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti qısa zaman kəsiyində müstəqil dövlətin əsas atributlarının formalaşdırılması istiqamətində misilsiz nailiyyətlər əldə etmişdir. İlk milli parlament və hökumət yaradılmış, dövlət bayrağı, vətəndaşlıq institutu təsis edilmiş, milli ordu quruculuğuna başlanılmış, dövlət idarəçiliyi sisteminin hüquqi əsasları formalaşdırılmışdır. Həmin dövrdə qəbul olunan çoxsaylı qanunvericilik aktları ölkənin siyasi, iqtisadi və mədəni inkişafının təmin olunması ilə yanaşı, demokratik dəyərlərin və hüquqi prinsiplərin təsbit edilməsinə mühüm töhfələr vermişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətində xarici siyasət və diplomatik əlaqələrin qurulması mühüm istiqamətlərdən biri idi. Yeni yaradılmış dövlətin beynəlxalq aləmdə tanınması, onun hüquqi statusunun təsdiqlənməsi və milli maraqların qorunması hökumətin əsas məqsədləri sırasında yer alırdı. Xüsusilə Paris Sülh Konfransı çərçivəsində Azərbaycanın siyasi maraqlarının müdafiəsi və aparıcı dünya dövlətləri ilə diplomatik münasibətlərin yaradılması istiqamətində mühüm fəaliyyət həyata keçirilmişdir. Məhz həmin siyasi-diplomatik fəaliyyət nəticəsində Azərbaycan beynəlxalq hüququn subyekti kimi tanınmış və bu amil sonradan ölkənin siyasi xəritədən tamamilə silinməsinin qarşısını alan mühüm tarixi faktor olmuşdur.
Lakin 1920-ci ilin aprelində bolşevik işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dayandırılmış, xalqımız yenidən müstəqilliyini itirmişdir. Bununla belə, milli istiqlal ideyası xalqın yaddaşında yaşamış və sonrakı dövrlərdə yenidən siyasi müstəviyə qayıtmışdır. XX əsrin sonlarında Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa etsə də, ölkə mürəkkəb ictimai-siyasi, iqtisadi və hərbi problemlərlə üz-üzə qalmışdı. Dövlətçiliyin mövcudluğu ciddi təhlükə altında idi. Məhz belə mürəkkəb və taleyüklü şəraitdə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı missiyasını öz üzərinə götürdü.
Ulu Öndərin uzaqgörən siyasi kursu nəticəsində ölkədə ictimai-siyasi sabitlik təmin edildi, dövlət institutları möhkəmləndirildi, hüquqi və demokratik inkişaf istiqamətində mühüm addımlar atıldı. Məhz həmin siyasət nəticəsində Azərbaycan öz geosiyasi və iqtisadi potensialını reallaşdırmağa başladı, beynəlxalq münasibətlər sistemində nüfuzunu gücləndirdi və müstəqil dövlətçilik ənənələrinin qorunmasını təmin etdi. Təsadüfi deyil ki, Ulu Öndər dəfələrlə vurğulayırdı ki, müstəqilliyi qazanmaq nə qədər vacibdirsə, onu qoruyub saxlamaq daha məsuliyyətli və çətin vəzifədir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək siyasi uzaqgörənlik, məqsədyönlü idarəçilik prinsipləri və milli maraqlara əsaslanan strateji inkişaf kursu nəticəsində Azərbaycan Respublikası öz tarixinin ən qüdrətli və dinamik inkişaf mərhələlərindən birini yaşamaqdadır. Dövlət başçısının rəhbərliyi altında həyata keçirilən ardıcıl və məqsədyönlü daxili və xarici siyasət strategiyası Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqelərinin möhkəmlənməsinə, iqtisadi potensialının genişlənməsinə, regional və qlobal müstəvidə siyasi nüfuzunun daha da yüksəlməsinə mühüm töhfə vermişdir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı.” Bu fikir Azərbaycan xalqının tarixi dövlətçilik ənənələrinə verilən yüksək qiymətin ifadəsi olmaqla yanaşı, müasir Azərbaycanın öz tarixi köklərinə sadiqliyini və milli dövlətçilik ideyalarının uğurla davam etdirilməsini əks etdirən mühüm siyasi baxışdır.
Müasir Azərbaycanın əldə etdiyi möhtəşəm tarixi nailiyyətlər xalqımızın sarsılmaz dövlətçilik iradəsinin, milli həmrəyliyinin və vətənə bağlılıq ruhunun parlaq təcəssümü kimi çıxış edir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, xalqımızın milli birliyi, eləcə də şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığı və şücaəti nəticəsində Azərbaycan Ordusu tarixi Zəfərə imza atmış, ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunmuşdur. Bu böyük qələbə yalnız hərbi uğur deyil, həm də Azərbaycan xalqının əsrlər boyu yaşatdığı müstəqillik ideallarının siyasi, mənəvi və milli iradə müstəvisində möhtəşəm təntənəsinə çevrilmişdir.
Bu gün işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa layihələri, müasir infrastrukturun qurulması, “Böyük Qayıdış” proqramı çərçivəsində vətəndaşlarımızın doğma yurdlarına mərhələli şəkildə geri dönüşü, eyni zamanda Azərbaycanın regional və beynəlxalq müstəvidə mövqelərinin daha da güclənməsi müstəqil dövlətimizin qüdrətinin, siyasi iradəsinin və davamlı inkişaf strategiyasının bariz göstəricisidir. Bu uğurlar Azərbaycanın yalnız regionun deyil, bütövlükdə daha geniş geosiyasi məkanın mühüm söz sahibi olan güclü dövlətə çevrildiyini aydın şəkildə nümayiş etdirir." - deyə Zaur Şükürov bildirib
17:59 / 27 May 2026
1
17:51 / 27 May 2026
24
17:42 / 27 May 2026
49
17:26 / 27 May 2026
61
17:19 / 27 May 2026
74
17:16 / 27 May 2026
86
17:14 / 27 May 2026
68
17:00 / 27 May 2026
195
16:55 / 27 May 2026
70
16:45 / 27 May 2026
718
16:41 / 27 May 2026
70
16:34 / 27 May 2026
83
16:30 / 27 May 2026
75
16:23 / 27 May 2026
240
16:22 / 27 May 2026
72
16:20 / 27 May 2026
146
16:00 / 27 May 2026
68
15:54 / 27 May 2026
93
15:30 / 27 May 2026
74
15:24 / 27 May 2026
94
15:19 / 27 May 2026
139
15:13 / 27 May 2026
78
15:10 / 27 May 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.