Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş qətnamə BMT-nin Komitəsində qəbul edilib
11 Noyabr 2026, 15:13
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
3774
20.05.2026, 15:01
Xəbər verdiyimiz kimi,bu gün Prezident İlham Əliyev Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
“Tərəqqi” medalı ilə təltif edilənlərdən biri də Azər Qurbanovdur.
Oxu24.com xəbər verir ki, Qurbanov Azər Tengiz oğlu 1971-ci ildə anadan olub.
1989-1994-cü illərdə Azərbaycan Texniki Universitetinin Elektrotexnika fakültəsində avtomatik elektrik rabitəsi ixtisası üzrə təhsil alıb.
1994-1996-cı illərdə “NORD” Elmi-İstehsalat Birliyinin laboratoriya-tədqiqat şöbəsində mühəndis vəzifəsində çalışıb.
1996-2006-cı illərdə müxtəlif özəl şirkətlərdə fəaliyyət göstərib.
2006-2007-ci illərdə “Sənayecihaz” Elmi-İstehsalat Birliyinin konstruktor-tədqiqat şöbəsində mühəndis vəzifəsində çalışıb.
2007-2012-ci illərdə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Milli Metrologiya Mərkəzinin Etalonların planlaşdırılması və inkişafı sektorunda məsləhətçi vəzifəsində işləyib.
2012-2017-ci illərdə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Metrologiya Xidmətində sektor müdiri və rəis müavini (ixtisas dərəcəsi - dövlət qulluğunun kiçik müşaviri) vəzifələrində fəaliyyət göstərib.
2017-2024-cü illərdə “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsdə (PHŞ) baş metroloq, keyfiyyət üzrə menecer, departament direktoru və baş direktorun müşaviri vəzifələrində çalışıb.
2017-ci ildə Avrasiya Ölkələrinin Milli Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatı (COOMET) tərəfindən ona “COOMET-in auditoru” adı verilib. (qeydiyyat nömrəsi: COOMET-A.09)
2021-ci ildə “COOMET-in əməkdar metroloqu” fəxri adına layiq görülüb. 2022-ci ildə MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının inkişafına verdiyi töhfələrə görə Fəxri nişanla təltif olunub.
2024-cü ildə COOMET-in “Keyfiyyət Forumu”nun sədri seçilib və həmin ildən etibarən COOMET-in vitse-prezidenti kimi fəaliyyət göstərir.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 22 iyul 2024-cü il tarixli əmri ilə “Azərbaycan Metrologiya İnstitutu” PHŞ-nin baş direktorun müavini / Texniki departamentin direktoru vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 21 iyun 2025-ci il tarixli əmri ilə Dövlət Agentliyinin tabeliyində olan “Azərbaycan Metrologiya İnstitutu” PHŞ-nin baş direktorunun müavini / Texniki departamentin direktoru vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 8 iyul 2025-ci il tarixli əmri ilə Dövlət Agentliyinin tabeliyində olan “Azərbaycan Metrologiya İnstitutu” PHŞ-nin baş direktorunun müavini vəzifəsinə təyin edilib.
Ailəlidir, iki övladı var.
Miri Məcidli
16:07 / 11 Noyabr 2026
50
16:04 / 11 Noyabr 2026
92
16:01 / 11 Noyabr 2026
73
16:00 / 11 Noyabr 2026
49
15:50 / 11 Noyabr 2026
64
15:50 / 11 Noyabr 2026
60
15:40 / 11 Noyabr 2026
63
15:31 / 11 Noyabr 2026
257
15:27 / 11 Noyabr 2026
483
15:13 / 11 Noyabr 2026
101
15:07 / 11 Noyabr 2026
149
14:51 / 11 Noyabr 2026
111
14:43 / 11 Noyabr 2026
170
14:39 / 11 Noyabr 2026
182
14:36 / 11 Noyabr 2026
106
14:26 / 11 Noyabr 2026
269
14:13 / 11 Noyabr 2026
804
13:58 / 11 Noyabr 2026
292
13:54 / 11 Noyabr 2026
570
13:48 / 11 Noyabr 2026
158
13:44 / 11 Noyabr 2026
231
13:41 / 11 Noyabr 2026
122
13:33 / 11 Noyabr 2026
294
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.