Qaynar xətt:

(+99450) 247 90 86

Paşinyan bu tarixdə Bakıya GƏLƏCƏK 

Paşinyan bu tarixdə Bakıya GƏLƏCƏK 

SİYASƏT

94

04.05.2026, 18:10

Ermənistanın baş naziri Nikol Paşinyan 2028-ci ildə "Avropa Siyasi Birliyi"nin növbəti sammitində iştirak etmək üçün Azərbaycana səfər etməyə ümid etdiyini bildirib.

Oxu24.com  xəbər verir ki, bu barədə hökumət başçısı İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin sammitində çıxış edərkən bəyan edib.

Nikol Paşinyan qeyd edib ki, Azərbaycan lideri hazırkı tədbirə videoəlaqə vasitəsilə qoşulub. Lakin Ermənistanın baş naziri növbəti sammitlərdən birinə ev sahibliyi etmək növbəsi Bakıya çatdıqda, orada şəxsən iştirak etməyi planlaşdırdığını vurğulayıb.