Sahibə Qafarova Türkiyəyə səfər edib
14 Aprel 2026, 17:31
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
91
14.04.2026, 10:46
“İslamabadda ABŞ və İran arasında keçirilən yüksək səviyyəli diplomatik danışıqların nəticəsiz qalması regionda gərginliyi yenidən pik həddə çatdırıb . Pakistanın vasitəçiliyi ilə 21 saatdan çox davam edən müzakirələrdən sonra tərəflər heç bir razılığa gələ bilməyiblər. ABŞ vitse-prezidenti Cey Di Vens Tehranın nüvə silahı hazırlamaqdan imtina ilə bağlı əsaslı öhdəlik götürmədiyini və Vaşinqtonun şərtlərinə “yox” dediyini açıqlayıb. Bu uğursuzluq aprelin əvvəlində əldə edilmiş kövrək iki həftəlik atəşkəsi ciddi təhlükə altına qoyur. Aprelin 22-də başa çatacaq atəşkəsdən sonra tərəflərin sürətlə hərbi münaqişəyə qayıtmağa hazırlaşması müşahidə olunur.”
Oxu24.com bildirir ki, bunu NOCOMENT.az–a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.
O, qeyd edib ki, danışıqların dalana dirənməsinə səbəb üç həlledilməz məsələdir: “Hörmüz boğazına nəzarət, İranın nüvə proqramı və regional müttəfiqlərin, xüsusilə Hizbullahın taleyi əsas maneələrdir. İran boğaz üzərində tam suverenlik və tranzit rüsumu tələb etdiyi halda, Vaşinqton dünya neft tədarükünün beşdə birini iflic edən blokadanın dərhal aradan qaldırılmasında israrlıdır. Nüvə sahəsində isə ABŞ təkcə mövcud uran ehtiyatlarının təhvil verilməsini deyil, həm də zənginləşdirmə qabiliyyətinə daimi məhdudiyyətlərin qoyulmasını tələb edir. Tehran isə bu tələbləri ‘həddindən artıq’ adlandıraraq, diplomatiya yolu ilə güzəştə getmək niyyətində olmadığını nümayiş etdirir”.
Politoloqun sözlərinə görə, diplomatiyanın iflasından sonra hərbi əməliyyatların bərpası qaçılmaz görünür: “Prezident Trampın daha əvvəl xəbərdarlıq etdiyi kimi, Vaşinqton Hörmüz boğazını ‘razılıqla və ya razılıqsız’ açmaqda qərarlıdır. Hazırda ABŞ Mərkəzi Komandanlığı boğazda mina təmizləmə əməliyyatlarına hazırlaşır, İranın blokadanı yalnız hərtərəfli razılaşmadan sonra qaldıracağını bildirməsi vəziyyəti daha da gərginləşdirir. ABŞ artan enerji qiymətləri fonunda blokadanı güclə qırmaq üçün təcili stimula malikdir”.
Həmçinin oxuyun
Ekspert vurğulayıb ki, Pentaqon artıq “son zərbə” üçün bir neçə hərbi ssenari hazırlayıb: “Bura Hörmüz boğazının güc yolu ilə açılması, strateji əhəmiyyətli Xarg, Larak və Əbu Musa adalarının ələ keçirilməsi, həmçinin İranın dərinliklərindəki nüvə obyektlərinə yönəlmiş quru və hava əməliyyatları daxildir. Tramp İranın mülki infrastrukturunu hədəfə alacağı ilə hədələyib. Digər tərəfdən, İsrailin Livanda Hizbullaha qarşı əməliyyatlarını gücləndirməsi və Çinin İrana hava hücumundan müdafiə sistemləri çatdırmaq ehtimalı münaqişəni genişmiqyaslı regional müharibəyə çevirə bilər”.
Politoloqun fikrincə, diplomatik pəncərə sürətlə bağlanır: “Atəşkəsin bitməsinə cəmi doqquz gün qalmış, hər iki tərəf sərt mövqeləri ilə silahlanaraq başladığı nöqtəyə qayıdıb. Ən ehtimal olunan ssenari, Hörmüz boğazında dəniz əməliyyatları ilə başlayan və mərhələli şəkildə genişlənən hərbi toqquşmalardır. Görünür, müharibə bitməyib, sadəcə qısa fasilə verib və bu fasilə indi başa çatmaq üzrədir”.
17:39 / 14 Aprel 2026
1
17:31 / 14 Aprel 2026
18
17:18 / 14 Aprel 2026
296
16:55 / 14 Aprel 2026
96
16:52 / 14 Aprel 2026
57
16:37 / 14 Aprel 2026
43
16:30 / 14 Aprel 2026
203
16:28 / 14 Aprel 2026
64
16:15 / 14 Aprel 2026
883
16:02 / 14 Aprel 2026
350
15:53 / 14 Aprel 2026
62
15:42 / 14 Aprel 2026
189
15:40 / 14 Aprel 2026
55
15:35 / 14 Aprel 2026
80
15:30 / 14 Aprel 2026
50
15:05 / 14 Aprel 2026
80
14:50 / 14 Aprel 2026
52
14:25 / 14 Aprel 2026
95
14:21 / 14 Aprel 2026
53
14:18 / 14 Aprel 2026
69
14:07 / 14 Aprel 2026
94
14:02 / 14 Aprel 2026
85
13:41 / 14 Aprel 2026
1403
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.