Milli Məclisin növbəti iclası ilə bağlı tarix məlum oldu
07 İyul 2026, 13:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1007
14.04.2026, 16:55
Oxu24.com xəbər verir ki, Azərbaycanda inzibati xətalara görə tətbiq edilən cərimələrin məbləğinin minimum əməkhaqqı göstəricilərinə uyğunlaşdırılması və sosial ədalət prinsipinin qorunması məsələsi gündəmə gətirilib. Ekspertlər hesab edirlər ki, mövcud sistem aşağı gəlirli vətəndaşlar üçün ağır yük olduğu halda, yüksək gəlirli şəxslər üçün profilaktik əhəmiyyətini itirir.
Differensial yanaşma: “Cərimə hər kəsin cibinə görə olmalıdır”.
İqtisadçı Ruslan Atakişiyev mövzu ilə bağlı Oxu24.com-a verdiyi açıqlamada bildirib ki, cərimələrin müəyyənləşdirilməsində ən effektiv metodlardan biri differensial yanaşmadır. Bu yanaşma, cərimə məbləğlərinin əhalinin gəlir səviyyəsinə nisbətdə tətbiq edilməsini nəzərdə tutur.
Ekspertin fikrincə, vahid cərimə sistemi cəmiyyətin müxtəlif təbəqələrinə eyni dərəcədə təsir göstərmir:
"Cərimələr yüksəldiyi zaman bu, daha çox aşağı gəlirli insanlar üçün ödənilməsi çətin bir öhdəliyə çevrilir. Lakin yüksək gəliri olan şəxslər üçün həmin məbləğlər cüzi xarakter daşıdığına görə, onları məsuliyyətə cəlb etmək və qanun pozuntusundan çəkindirmək funksiyasını tam yerinə yetirmir. Bu baxımdan differensial yanaşma daha ədalətli və effektiv olardı”.
Təklifə əsasən, cərimə məbləğlərinin sabit rəqəmlərlə deyil, minimum əməkhaqqının müəyyən misilləri ilə hesablanması və ya şəxsin rəsmi gəlirlərinə faiz nisbəti ilə bağlanması müzakirə mövzusudur. Bu, həm büdcə daxilolmalarının tənzimlənməsi, həm də hüquqpozmaların qarşısının alınmasında hər bir vətəndaş üçün real çəkindirici amil yarada bilər.
Qeyd edək ki, beynəlxalq təcrübədə, xüsusilə bir sıra Avropa ölkələrində (məsələn, Finlandiya və İsveç) yol hərəkəti və digər inzibati qayda pozuntularına görə cərimələr şəxsin illik gəlirinə əsasən hesablanır ki, bu da "varlı və kasıb" arasında hüquqi bərabərliyi təmin edir.
Cəmiyyətdə böyük maraq doğuran bu təklifin qanunvericilik səviyyəsində dəyərləndirilib-dəyərləndirilməyəcəyi isə növbəti mərhələlərdə bəlli olacaq.
Çimnaz Telmanqızı
13:55 / 07 İyul 2026
1
13:52 / 07 İyul 2026
3
13:45 / 07 İyul 2026
18
13:40 / 07 İyul 2026
39
13:36 / 07 İyul 2026
44
13:29 / 07 İyul 2026
46
13:23 / 07 İyul 2026
44
13:15 / 07 İyul 2026
56
13:10 / 07 İyul 2026
535
12:54 / 07 İyul 2026
196
12:53 / 07 İyul 2026
64
12:42 / 07 İyul 2026
70
12:31 / 07 İyul 2026
341
12:25 / 07 İyul 2026
70
12:18 / 07 İyul 2026
137
12:00 / 07 İyul 2026
1036
11:58 / 07 İyul 2026
81
11:52 / 07 İyul 2026
209
11:51 / 07 İyul 2026
65
11:33 / 07 İyul 2026
84
11:22 / 07 İyul 2026
117
11:10 / 07 İyul 2026
89
11:09 / 07 İyul 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.