Qaynar xətt:

(+99450) 247 90 86

TƏCİLİ! Polis bu qadınları həbs etdi:Onlarla bağlı əhaliyə müraciət edildi

TƏCİLİ! Polis bu qadınları həbs etdi:Onlarla bağlı əhaliyə müraciət edildi

KRİMİNAL

3011

14.04.2026, 12:09

İnsan alverində təqsirləndirilən iki şəxs həbs edilib.

Oxu24.com  xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Məlumata görə, DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən tədbirlərlə insan alverində təqsirləndirilən 28 yaşlı E.Q və 27 yaşlı X.H şərti adlı şəxslər həbs ediliblər.

E.Q ölkə vətəndaşı olan qadınları cinsi istismara məruz qoymaqla insan alveri cinayəti törətməkdə ittiham olunur. O, həmin qadınları işə düzəltmək adı ilə aldadaraq Türkiyə Respublikasına aparıb.

Daha sonra zərərçəkmiş şəxslər hədə-qorxu və məcburetmə yolu ilə nəzarətdə saxlanılıb, onların ümumvətəndaş pasportları götürülərək pul müqabilində cinsi istismara məruz qoyulublar.

İnsan alveri cinayətində təqsirləndirilən X.H isə şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşları ilə cinayət əlaqəsinə girərək qadınları pul müqabilində “escortazofficial” “Telegram”səhifəsi və “escortaze.com” saytı vasitəsilə fahişəliyə cəlb edib.

Zərərçəkənlər bu platformadan çıxmaq istədikdə o, həmin qadınları barələrində rüsvayedici fotoşəkil və məlumat yaymaqla hədələyərək cinsi istismara məruz qoyub. Araşdırmalarla X.H şərti adlı şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitinin bir qismini kriptovalyuta formasında xarici ölkələrin birində olan transmilli cinayətkar qrupun digər üzvlərinə göndərdiyi müəyyən edilib. Toplanmış sübutlar əsasında başlanmış cinayət işləri üzrə E.Q və X.H təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və barələrində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, insan alveri cinayətlərindən zərərçəkmiş şəxslər DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə və ya 152 qaynar xəttinə müraciət edə bilərlər. Müraciət edən şəxslərin konfidensiallığı tam təmin olunur.