Qərar İMZALANDI:Teymur Musayev sədr oldu
12 Noyabr 2026, 15:36
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
640
08.04.2026, 11:55
Cənubi Qafqazın iki aparıcı dövləti olan Azərbaycan və Gürcüstan arasında münasibətlər özünün ən yüksək inkişaf mərhələsinə qədəm qoyub. Regionun təhlükəsizlik memarlığında mühüm rol oynayan bu tərəfdaşlıq, həm iqtisadi-enerji layihələri, həm də siyasi həmrəylik baxımından strateji xarakter daşıyır. Xüsusilə son dövrlər Gürcüstan rəsmiləri tərəfindən səsləndirilən "Azərbaycanda sülh olmasa, Gürcüstanın inkişafı mümkünsüzdür" tezisi, iki ölkənin taleyinin bir-birinə nə dərəcədə bağlı olduğunu bir daha sübut edir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin tarixi əhəmiyyəti çox böyükdür.
Ekspertin sözlərinə görə, hər iki ölkə bənzər inkişaf yollarını keçib və tarixin sınaqlarından keçən bu dostluq hər iki paytaxtın iradəsi sayəsində qorunub saxlanılıb:
"İki ölkə eyni inkişaf yolunu keçib və hər zaman qarşılıqlı şəkildə bir-birlərinin münasibətlərinin normal olmasına çalışıblar. Sevindirici haldır ki, bu münasibətlərin pozulmasına heç bir zaman nə Bakı, nə Tbilisi imkan verməyib. Bu gün Azərbaycan və Gürcüstan arasında həm mehriban qonşuluq münasibətləri, həm də çox yaxın dostluq və strateji əlaqələr çox yüksək səviyyədədir. Xüsusilə enerji sektorunda iki ölkənin arasında güclü şəkildə əməkdaşlıq var”.
Zeynal Əmrəliyev vurğulayıb ki, Bakı və Tbilisi təkcə ikitərəfli müstəvidə deyil, beynəlxalq arenada da bir-birinin maraqlarını qətiyyətlə müdafiə edirlər:
Politoloqun sözlərinə görə, Azərbaycan və Gürcüstan bir neçə platformada birlikdə iştirak edirlər, beynəlxalq münasibətlər sistemində tərəfdaş ölkə kimi çıxış edirlər:
“İki ölkə çalışır ki, bir-birinin maraqlarını hər zaman müdafiə etsin. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Gürcüstana səfəri bu xüsusda çox önəmlidir. Göründüyü kimi, Gürcüstanda dövlət başçısı çox önəmli görüşlər keçirdi və Gürcüstan tərəfindən olduqca yüksək səviyyədə qarşılandı. Dövlət başçısının həm Gürcüstan Prezidenti, həm Baş nazir, həm də iqtidar partiyasının rəhbərliyi ilə keçirdiyi görüşlər münasibətlərin gələcək yol xəritəsini müəyyən edib”.
O, həmçinin Tbilisinin Azərbaycana verdiyi xüsusi dəyəri protokol incəliklərlə izah edib:
"Azərbaycana Gürcüstanda çox böyük önəm verilir. Çox ciddi şəkildə Azərbaycan Gürcüstan tərəfindən güclü bir hörmətə malikdir. Heç təsadüfi deyil ki, bildiyiniz kimi, Gürcüstan parlament respublikasıdır, orada əsas səlahiyyət sahibi Baş nazirdir. Azərbaycan dövlət başçısını şəxsən Gürcüstanın Baş naziri özü hava limanına yola saldı. Gürcüstan Xarici İşlər Nazirliyinin verdiyi bəyanat da ikitərəfli münasibətlərin bundan sonrakı inkişafına mühüm töhfə verəcək bir addımdır”.
Nəticə olaraq qeyd etmək olar ki, Bakı və Tbilisi arasındakı bu qırılmaz bağlar təkcə iki xalqın rifahına deyil, həm də bütövlükdə regionun sabitliyinə xidmət edir. Gürcüstanın dövlət rəsmilərinin də etiraf etdiyi kimi, regionun iqtisadi və siyasi mərkəzi olan Azərbaycanın sülh içində yüksəlişi, qonşu Gürcüstanın da gələcək inkişafının əsas təminatıdır.
Çimnaz Telmanqızı
16:21 / 12 Noyabr 2026
1
15:55 / 12 Noyabr 2026
61
15:36 / 12 Noyabr 2026
253
15:15 / 12 Noyabr 2026
51
15:12 / 12 Noyabr 2026
72
14:15 / 12 Noyabr 2026
124
14:04 / 12 Noyabr 2026
333
13:59 / 12 Noyabr 2026
294
13:55 / 12 Noyabr 2026
113
13:45 / 12 Noyabr 2026
202
13:36 / 12 Noyabr 2026
255
13:29 / 12 Noyabr 2026
119
13:21 / 12 Noyabr 2026
138
13:20 / 12 Noyabr 2026
161
13:18 / 12 Noyabr 2026
508
13:16 / 12 Noyabr 2026
166
13:07 / 12 Noyabr 2026
447
13:04 / 12 Noyabr 2026
113
13:00 / 12 Noyabr 2026
126
12:40 / 12 Noyabr 2026
134
12:25 / 12 Noyabr 2026
159
12:05 / 12 Noyabr 2026
152
11:55 / 12 Noyabr 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.