Qərar İMZALANDI:Teymur Musayev sədr oldu
12 Noyabr 2026, 15:36
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
610
08.04.2026, 11:35
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 8-də Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevi və nəqliyyat naziri Nurlan Sauranbayevi qəbul edib.
Oxu24.com xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan-Qazaxıstan ikitərəfli əlaqələrinin əməkdaşlıq və qardaşlıq ruhunda inkişaf etdiyini məmnunluqla vurğulayaraq, dövlət başçılarının qarşılıqlı səfərlərinin, bu səfərlər zamanı aparılmış müzakirələrin, qəbul olunmuş qərarların, həmçinin Azərbaycandan Qazaxıstana, Qazaxıstandan isə ölkəmizə müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin səfərlərinin xalqları və ölkələri daha da yaxınlaşdırdığını, qarşılıqlı fəaliyyətin potensialını möhkəmləndirdiyini deyib.
Dövlət başçısı birgə investisiya fondunun imkanlarından tam istifadə ediləcəyinə ümidvarlığını bildirib, bir neçə layihənin artıq işlənmə mərhələsində olduğunu vurğulayıb və Azərbaycanla Qazaxıstanın üçüncü ölkələrə birgə investisiya yatırmaq potensialına toxunub.
Prezident İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərinin Azərbaycana səfərinin uğurlu olacağına ümidvarlığını ifadə edib.
Qəbula görə minnətdarlığını bildirən Qazaxıstanın xarici işlər naziri dövlət başçısı ilə görüşdən şərəf hissi duyduqlarını deyib.
Yermek Koşerbayev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Kasım-Jomart Tokayevə çatdırmağı xahiş edib.
Qonaq Qazaxıstanda Azərbaycan Prezidentinə çox böyük hörmətlə yanaşıldığını vurğulayıb.
Görüşdə Azərbaycanla Qazaxıstan arasında münasibətlərin bir çox sahədə, o cümlədən siyasi, iqtisadi, nəqliyyat, logistika, investisiyalar, enerji, həmçinin yaşıl enerji və digər istiqamətlər üzrə uğurla inkişaf etdiyi məmnunluqla qeyd edilərək, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.
Söhbət zamanı Orta Dəhliz, Trans-Xəzər Yaşıl Enerji Dəhlizi və fiber-optik xətti layihələrinə toxunulub, bu çərçivədə Azərbaycanla Qazaxıstanın uğurlu əməkdaşlıq həyata keçirdikləri vurğulanıb.
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşma prosesinin və Ermənistan ərazisindən keçəcək TRIPP layihəsinin regional əməkdaşlıq və nəqliyyat bağlantıları baxımından rolu qeyd edilib.
Görüşdə hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu tərəfdaşlığı vurğulanıb və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

16:21 / 12 Noyabr 2026
1
15:55 / 12 Noyabr 2026
61
15:36 / 12 Noyabr 2026
253
15:15 / 12 Noyabr 2026
51
15:12 / 12 Noyabr 2026
72
14:15 / 12 Noyabr 2026
124
14:04 / 12 Noyabr 2026
333
13:59 / 12 Noyabr 2026
294
13:55 / 12 Noyabr 2026
113
13:45 / 12 Noyabr 2026
202
13:36 / 12 Noyabr 2026
255
13:29 / 12 Noyabr 2026
119
13:21 / 12 Noyabr 2026
138
13:20 / 12 Noyabr 2026
161
13:18 / 12 Noyabr 2026
508
13:16 / 12 Noyabr 2026
166
13:07 / 12 Noyabr 2026
447
13:04 / 12 Noyabr 2026
113
13:00 / 12 Noyabr 2026
126
12:40 / 12 Noyabr 2026
134
12:25 / 12 Noyabr 2026
159
12:05 / 12 Noyabr 2026
152
11:55 / 12 Noyabr 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.