Prezident AÇIQLADI - Bu məsələ NƏZARƏTƏ götürülür
18 İyun 2026, 22:42
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
887
04.04.2026, 23:04
Cənubi Qafqazda geosiyasi balansın dəyişdiyi bir dövrdə Zəngəzur dəhlizi ətrafında müzakirələr yenidən qızışıb. Son vaxtlar Rusiyanın bu məsələdə əvvəlki illərlə müqayisədə daha sərt və ehtiyatlı mövqe sərgiləməsi diqqət çəkir. Kreml tərəfindən səsləndirilən alternativ marşrutlara qarşı çıxışlar, xüsusilə “Tramp marşrutu” kimi təqdim edilən yanaşmaya münasibət isə bölgədə yeni siyasi gərginliyin anonsu kimi dəyərləndirilir.
Bəs Moskvanın bu sərtləşən ritorikası real geosiyasi planların göstəricisidir, yoxsa regionda təsir imkanlarını qorumağa yönəlmiş növbəti təzyiq alətidir?
Oxu24.com xəbər verir ki mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, Rusiyanın Ermənistanla münasibətlərində gərginlik açıq şəkildə hiss olunur.
Əziz Əlibəyli
Onun sözlərinə görə, son görüşlərdən sonra baş verən proseslər də göstərir ki, seçkilər ərəfəsində Zəngəzur dəhlizi məsələsi Moskvanın əlində əsas təzyiq alətlərindən birinə çevrilə bilər:
“Ermənistanla bağlı mövqelər kifayət qədər gərginləşib. Son görüşlərdən sonra proseslər göstərir ki, seçkilər ərəfəsində Zəngəzur məsələsi Rusiyanın əlində kozurlardan birinə çevriləcək. Bu da onu deməyə əsas verir ki, qarşıda daha gərgin günlər gözlənilir”.
Ekspert hesab edir ki, Kreml tərəfindən səsləndirilən və şərti olaraq “Tramp marşrutu” kimi təqdim edilən alternativ layihələrə qarşı çıxışlar birbaşa strateji mövqedən deyil, daha çox siyasi təzyiq aləti kimi qiymətləndirilməlidir:
“Moskva bu ritorika ilə həm Ermənistan hakimiyyətinə təsir göstərməyə, həm də regionda nəzarət imkanlarını itirmədiyini nümayiş etdirməyə çalışır. Strateji olaraq Rusiyanın Zəngəzurun əleyhinə çıxış etməsi doğru olmaz. Onlar bu dəhlizi öz maraqları üçün alətə çevirə bilərlər”.
Beləliklə, müşahidə olunan sərt ritorika daha çox taktiki xarakter daşıyır və Kremlin həm regional təsir imkanlarını qorumaq, həm də Ermənistan daxilində siyasi proseslərə təsir etmək niyyətindən irəli gəlir. Bununla belə, mövcud vəziyyət yaxın dövrdə Cənubi Qafqazda gərginliyin artacağı ehtimalını da gücləndirir.
23:47 / 18 İyun 2026
10
23:24 / 18 İyun 2026
59
23:13 / 18 İyun 2026
52
23:10 / 18 İyun 2026
66
23:02 / 18 İyun 2026
60
22:50 / 18 İyun 2026
52
22:50 / 18 İyun 2026
828
22:42 / 18 İyun 2026
404
22:37 / 18 İyun 2026
60
22:26 / 18 İyun 2026
247
22:22 / 18 İyun 2026
60
22:08 / 18 İyun 2026
71
21:55 / 18 İyun 2026
96
21:07 / 18 İyun 2026
77
20:46 / 18 İyun 2026
97
20:31 / 18 İyun 2026
224
20:19 / 18 İyun 2026
90
20:14 / 18 İyun 2026
112
20:02 / 18 İyun 2026
716
19:56 / 18 İyun 2026
103
19:38 / 18 İyun 2026
88
19:33 / 18 İyun 2026
183
19:25 / 18 İyun 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.