Qaynar xətt:

(+99450) 247 90 86

Kreml düyməyə basdı: Daha bir siyasətçi Paşinyana qarşı birləşdi 

Kreml düyməyə basdı: Daha bir siyasətçi Paşinyana qarşı birləşdi 

SİYASƏT

65

03.04.2026, 22:16

Ermənistan Liberal Demokrat İttifaqı (LDUA) qarşıdan gələn parlament seçkilərində iştirak etməyəcək, lakin "Samvel Karapetyanla Güclü Ermənistan" blokunu dəstəkləyəcək.

Oxu24.com  xəbər verir ki, bu barədə partiyanın idarə heyəti bəyanat yayıb.

Qeyd edək ki, 1 apreldə Kremldə Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilmişdi. Sözügedən görüşdə “rus pasportu daşıyan” şəxsin həbsdə olmasına (Samvel Karapetyanın - red.) vurğu edən Putin ikili vətəndaşlığı olanların parlament seçkilərində iştirakına şərait yaradılmasının zəruriliyindən bəhs etmişdi. Paşinyan isə bunun Ermənistan konstitusiyasına zidd olduğunu bildirmişdi.

Bundan sonra “Taşir” şirkətinin hazırda həbsdə olan rəhbəri, rusiyalı milyarder Samvel Karapetyanın ətrafında siyasi partiyaların cəmləşməsi prosesi sürətlənib.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri 7 iyunda keçiriləcək.Bakupost.az