Qəbələdə Prezident İlham Əliyevin adından Çexiyanın Baş nazirinin şərəfinə rəsmi lanç verilib
27 Aprel 2026, 15:52
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1098
06.03.2026, 14:38
İspaniya hökuməti ABŞ-ın İrana qarşı hərbi əməliyyatda əməkdaşlıqdan imtina etdiyini açıqladıqdan sonra İran Prezidenti Məsud Pezeşkian vaxt itirmədən sosial mediada İspaniyaya təşəkkürnamə yazdı. Ancaq Məsud Pezeşkian dünən Naxçıvana atılan dronlarla bağlı nə azərbaycanlı həmkarı İlham Əliyevə zəng etdi, nə də heç olmazsa, sosial şəbəkədə məsələyə aydınlıq gətirən status paylaşdı. Böyük ehtimalla Məsud Pezeşkian dünən gün ərzində bu barədə ciddi düşünüb, sadəcə Bakıya zəng etməyə və ya status paylaşmağa risk etməyib. Çünki Məsud Pezeşkian İlham Əliyevə zəng etsəydi, ya üzr istəməliydi, ya da deməliydi ki, məsələ araşdırılır. Görünür, Pezeşkian düşünüb ki, bu iki variantdan birini seçərsə, ölkəni idarə edən və antiazərbaycan mövqeyindən çıxış edən SEPAH generalları ilə üz-üzə qalacaq. Ancaq Pezeşkian anlamamış deyil ki, susqunluğu onun İlham Əliyevlə arasındakı tərəfdaşlıq münasibətlərinin üstündən xətt çəkir. Halbuki iki ölkə prezidenti arasında normal münasibətləri formalaşmışdı.
Oxu24.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“İran eyni ilə Rusiyanın yolu ilə gedir. Rusiya Azərbaycanın mülki təyyarəsini raketlə vurduqdan sonra əvvəlcə olayı inkar etdi, sonra üzrxahlıq gəlsə də, kompensasiya ödənmədi, cinayətkarlar cəzalandırılmadı və buna görə iki ölkə arasındakı münasibətlərdə suallar ortadan qaldırılmayıb. İran da hələ ki, Rusiya kimi inkar edir, “Naxçıvana dron atmamışıq” prinsipindən çıxış edir, ancaq bu yanaşma iki ölkə arasındakı onsuz da suallarla dolu olan münasibətləri növbəti gərginlik mərhələsinə keçirəcək. Buna görə Məsud Pezeşkianın İlham Əliyevə zənginə ehtiyac var”, - o bildirib.
Həmçinin oxuyun
Qeyd edək ki, İran 5 martda Naxçıvan aeroportuna və aeroport yaxınlığındakı orta məktəbə hücum edib. Nəticədə terminal və uçuş-enmə zolağı zədələnib, məktəb binasına ziyan dəyib, 4 nəfər yaralanıb.
15:54 / 27 Aprel 2026
1
15:52 / 27 Aprel 2026
8
15:47 / 27 Aprel 2026
19
15:17 / 27 Aprel 2026
39
15:11 / 27 Aprel 2026
35
15:04 / 27 Aprel 2026
214
14:53 / 27 Aprel 2026
229
14:43 / 27 Aprel 2026
40
14:41 / 27 Aprel 2026
37
14:33 / 27 Aprel 2026
52
14:26 / 27 Aprel 2026
51
14:18 / 27 Aprel 2026
72
14:13 / 27 Aprel 2026
352
14:11 / 27 Aprel 2026
114
14:00 / 27 Aprel 2026
48
13:59 / 27 Aprel 2026
48
13:56 / 27 Aprel 2026
51
13:48 / 27 Aprel 2026
249
13:46 / 27 Aprel 2026
115
13:20 / 27 Aprel 2026
70
13:18 / 27 Aprel 2026
60
13:17 / 27 Aprel 2026
375
13:12 / 27 Aprel 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.