İranın məqsədi budur - Pezeşkian
08 May 2026, 23:40
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
2979
06.03.2026, 11:56
Martın 5-də İranın 4 ədəd PUA ilə Naxçıvan beynəlxalq hava Limanı və orta məktəbə hücumu, mülki infrastrukturu hədəf alması və 4 nəfərin xəsarət alması bütün dünyada geniş reaksiyalara səbəb oldu.
Prezident dərhal orduya hazırlıq əmri verdi, bu hücumu sərt şəkildə qınadı, bunun ardınca isə Azərbaycana – dövlət başçısına və xarici işlər nazirinə dəstək zəngləri ard-arda düzüldü.
Böyük, miqyaslı informasiya və siyasi dəstək içində Ceyhun Bayramova bir zəng son dərəcə gözlənilməz oldu: ötən gün gecəyarısına Ermənistan xarici işlər naziri Ararat Mirzoyan azərbaycanlı həmkarına zəng edərək, Naxçıvana hücum fonunda regional eskalasiyanı müzakirə etdi.
Bir neçə gün əvvəl – 28 fevraldan, İsrail və ABŞ-ın İrana zərbələri ərəfəsində İran ekspertləri və bu ölkənin Ermənistandakı səfiri bir daha dəhlizlə bağlı “sərt mövqe” ortaya qoymuşdu, bir daha Ermənistan sərhədlərinin İranın qırmızı xətləri olduğunu xatırlatmışdılar, bir daha İranın bu mövqeyinin dəyişmədiyi barədə xəbərdarlıq etmişdilər.
Bu təkrardan/xatırlatmadan bir neçə gün sonra isə həmin Ermənistanın xarici işlər naziri Azərbaycana zəng edib, İranın pis əməlini qınayır və Bakı ilə həmrəy olur!
30 ildən çox məhz İranın sayəsində Azərbaycan torpaqlarını işğalda saxlayan bir ölkənin xarici işlər nazirinin İranın dron zərbəsinə görə Bakıya zəngi Tehranın 40 illik siyasətinin təkcə yanlış olması demək deyildi, həm də məhvi idi, darmadağın olmasaydı.
Tehranın onillərdir qurduğu arxitektura:
- hərbi struktur – darmadağın edilir, müdafiə sistemi sıradan çıxarılır, İran səmasında İsrail qırıcıları süzür;
Həmçinin oxuyun
- raket sistemi – 28 fevralda İran 350 raket atmışdısa, 5 martda 40-a qədər raket ata bilib, deməli, buraxılış sistemləri məhv olub;
- nüvə təsisatı – darmadağın edilir;
- hüquq-mühafizə sistemi – tək-tək, məhəllə-məhəllə vurulur;
- şiə hilali – proksilər məhv edildi, iş o yerə çatıb ki, Livan İran vətəndaşlarına viza tətbiq etdi, bu ölkədəki bütün SEPAH üzvlərinin isə qeyd-şərtsiz saxlanacağı elan edildi, hətta SEPAH üzvü turist kimi ora getsə də;
- iqtisadiyyat – tam çöküb, inflaysiya idarəolunmaz səviyyədədir;
- siyasət – qonşularla onillərdir qurulan əlaqələr tam çöküb, İranın ordusu ilə müdafiə etməyə hazır olduğu ölkə - məsələn, Ermənistan – Tehranın siyasətinin necə iflasa uğradığını ötən gün nümayiş etdirdi...
İranın 47 ildir qurduğu bütün sistem çökdü.
00:48 / 09 May 2026
1
00:30 / 09 May 2026
31
00:21 / 09 May 2026
32
00:00 / 09 May 2026
49
23:40 / 08 May 2026
55
23:25 / 08 May 2026
117
23:17 / 08 May 2026
179
22:47 / 08 May 2026
170
22:38 / 08 May 2026
68
22:28 / 08 May 2026
211
22:14 / 08 May 2026
95
22:13 / 08 May 2026
57
22:06 / 08 May 2026
60
21:59 / 08 May 2026
57
21:48 / 08 May 2026
1127
21:39 / 08 May 2026
226
21:29 / 08 May 2026
85
21:10 / 08 May 2026
185
20:52 / 08 May 2026
271
20:48 / 08 May 2026
124
20:36 / 08 May 2026
79
20:18 / 08 May 2026
89
20:07 / 08 May 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.