Prezident İlham Əliyev bu xəbəri rəsmən AÇIQLADI: Yaxın aylarda...
15 May 2026, 15:50
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
614
20.02.2026, 21:46
Milli Məclisdə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Musavat.com bildirir ki, layihə barədə komitə sədri Hicran Hüseynova məlumat verib.
İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxışında bildirib ki, birinci oxunuşda parlament üzvləri “Uşaq hüquqları haqqında“ layihənin müzakirəsi zamanı əsasən uşaqların sosial media asılılığından xilas olması üçün müxtəlif alternativlər təklif ediblər:
“Gəlin, bir neçə məqamı nəzərə alaq. Uşaqlar üçün keyfiyyətli filmlərin az olması təkcə kino sənayesinin problemi deyil - mədəniyyətimizin, təhsilimizin və istehsal infrastrukturunun birgə üzərinə düşən ən böyük vəzifədir.
Təəssüflər olsun ki, ölkəmizdə uşaq filmlərinin sayı çox məhduddur, bəzi illərdə bir-iki layihə belə olmur. Əsasən serial, animasiya və uşaq proqramları var - amma tammetrajlı kinolar və ya yüksək səviyyəli layihələr çox nadirdir. İstehsal olunan məzmunların çoxu zəif ssenari və keyfiyyətsizdir, bəziləri isə əyləncə xarakterli olur. Lakin milli dəyərlərimizi və tariximizi gələcək nəsillərə ötürən əsərlər çox azdır. Xaricdə uşaqlar üçün hazırlanan film və seriallara baxanda - “Pixar”, “DreamWorks” və s. fərq açıq görünür. Uşaq filmləri kommersiya baxımından cəlbedici sayılmır. Peşəkar uşaq kino istehsal komandaları və studiyaları azdır. Uşaq psixologiyası, pedaqogikası, ssenari yazarlığı və audiovizual effektlər sahəsində ixtisaslaşan kadrlar çatışmır. Uşaqlar daha çox xarici məzmunlarla böyüyür, nəticədə yerli məhsula maraq azalır və mədəni assimilyasiya riskləri yaranır.
Dil, dəyərlər, milli simvollar uşaq filmlərində daha zəif əks olunur. Uşaqlar Vətən müharibəsi qəhrəmanlarını, nağıllarımızı, Böyük Qayıdışı, milli ənənələri və tariximizi görməklə mədəni kimliklərini daha güclü formalaşdırarlar.
Beləliklə, uşaq filmlərinin azlığı təkcə mədəni problem deyil - gələcək nəslin estetik dünyagörüşünü, milli dəyərlərini, fantaziyasını və öyrənmə imkanlarını məhdudlaşdıran hadisədir”.
Komitə sədri əlavə edib ki, eyni vəziyyət cizgi filmləri sahəsindədir:
“Azərbaycanda uşaqlar üçün cizgi filmləri (animasiya) sahəsi kifayət qədər inkişaf potensialına malik olsa da, hələ də müxtəlif çətinliklərlə üz-üzədir. Halbuki ölkəmizdə cizgi filmlərinin tarixi XX əsrin 30-cu illərinə gedib çıxır və 60-70-ci illərdə silsilə uğurlu animasiya filmləri çəkilib. 1970-80-ci illərdə xalq folklorundan götürülən motivlərlə çəkilən çoxlu filmlərimiz var. İndi isə övladlarımız ən yaxşı halda qardaş ölkənin cizgi qəhrəmanları ilə, ən pis halda isə “Disney”lə böyüyürlər.
Başqa bir sual - uşaqlarımızın ilk oyuncaqları hamısı qeyri-milli və əcnəbi istehsallıdır. Biz öz milli oyuncaqlarımızı necə istehsal edək, övladlarımıza min illik nağıl qəhrəmanlarımızı, miflərimizi necə ötürək? Uşaqların ilk oyuncaqları onların dünyagörüşünü, estetik zövqünü və milli yaddaşını formalaşdırır. Əgər onlar “Lego” qəhrəmanları ilə böyüyürsə, uşaqların zehni və emosional dünyası xarici məhsulların obrazları ilə formalaşır.
Minillik nağıllar, qəhrəmanlar, mifoloji obrazlar uşaqlara fiziki şəkildə təqdim olunmur. Oyuncaqlar, cizgi filmləri, kitablar tarixi yaddaşın əsas daşıyıcıları, hard diskləridir. Uşaq oyunları və əyləncə məhsulları milli təhsil məqsədləri ilə uyğunlaşdırılmalıdır. Lakin xarici markalar hazır məhsul, cizgi və kitablarla həm əyləncə, həm də təhsil rolunu doldurur”.
Zahid Oruc daha sonra digər mühüm məsələlərə diqqət çəkib:
“Nəhayət, gəlin, qəbul edək ki, müəllim dövlətin sütunudur, millətin qurucusudur, onun savadlı gələcəyinin memarıdır. Müəllimin nüfuzu sarsılarsa, nizam pozular, ən kiçik mübahisədə öyrədənini haqsız və günahkar çıxaran xalqın gələcəyi ola bilməz. Silahlı zorakılıqlarda müəllimi günahlandırmaq, istənilən hadisədə öyrədəni linç etmək bizə Qərb məktəblərindəki qətliamları nümunə göstərməkdir. Əlbəttə, onunla da razıyıq ki, yalnız test sisteminə arxalandığımız və repetitorluqdan keçən gənc müəllimləri irəli çəkib, 65 yaşı tamam olan kimi təhsil sistemindən kənarda qoyduğumuz, Makarenko təlimi görmüş müdrik pedaqoqlara gəlin, yenidən qiymət verək.
Uşaqların çətinləşən qəbul imtahanları fonunda nəinki asudə vaxta, normal fiziki qidalanmaya zamanı qalmır. Ona görə də psixoloji keçid mərhələsində olan yeniyetmələri repetitorlara məhkum etməyin nəticələrini dərin elmi araşdırmalarla təhlil etməliyik”.
17:12 / 15 May 2026
39
17:00 / 15 May 2026
87
17:00 / 15 May 2026
44
16:56 / 15 May 2026
50
16:38 / 15 May 2026
46
16:35 / 15 May 2026
49
16:20 / 15 May 2026
59
16:13 / 15 May 2026
136
16:09 / 15 May 2026
47
15:55 / 15 May 2026
51
15:50 / 15 May 2026
486
15:50 / 15 May 2026
57
15:47 / 15 May 2026
53
15:41 / 15 May 2026
58
15:10 / 15 May 2026
65
15:04 / 15 May 2026
381
14:58 / 15 May 2026
68
14:54 / 15 May 2026
69
14:48 / 15 May 2026
803
14:47 / 15 May 2026
58
14:34 / 15 May 2026
79
14:25 / 15 May 2026
68
14:19 / 15 May 2026
62
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.