Qaynar xətt:

(+99450) 247 90 86

Orbandan Zelenskiyə CAVAB: “Xoşuna gəlsə də, gəlməsə də…”

news/2026_02_16/media_1771235642.webp

SİYASƏT

71

16.02.2026, 14:06

“Ukrayna Prezidenti Volodimir Zelenskinin hücumları mövqeyimizi dəyişməyəcək”.

Oxu24.com xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

O, Kiyevin Avropa İttifaqına (Aİ) üzv olma ehtimalından söz açıb.

“Son bir həftə ərzində Ukraynadan siyasi hücumlar yeni səviyyəyə çatıb. Amma mən Macarıstanın Baş naziri olaraq, macar xalqının qərarının icrasını təmin etməyə borcluyam. Prezident Zelenskinin xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, bunu dəfələrlə edəcəyəm”, – deyə Orban bildirib.

Qeyd edək ki, 14 fevralda Zelenski Münxen Təhlükəsizlik Konfransında Viktor Orban haqqında danışıb. “Macarıstan baş naziri ordunu gücləndirməkdənsə, qarnının böyüməsi barədə düşünür”, – deyə o bildirib.Globalinfo.az