Azərbaycan İranla bağlı həmin məlumatı rəsmən AÇIQLADI
30 Yanvar 2026, 00:49
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
88
29.01.2026, 22:38
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan hiyləgər gediş edib. İran mühafizəkarları Baş nazir Nikol Paşinyanın ABŞ-la yaxınlaşması, o cümlədən “Tramp yolu” layihəsinə razılaşması siyasətindən narazılıqlarını açıq ifadə etməyə başlayıblar.
Bundan başqa mühafizəkarların saytlarında Paşinyanın İranın İrəvan səfirliyi qarşısında etiraza şərait yaratması tənqid olunur. Mövcud durumdan faydalanmaq istəyən Köçəryan isə tələsik mətbuat konfransı keçirərək, “Tramp yolu” İrana qarşıdır, ABŞ Ermənistan-İran sərhədini nəzarətə götürmək istəyir” fikrini səsləndirib.
Oxu24.com xəbər verir ki, bu sözləri siyasi şərhçi Elxan Şahinoğlu bildirib.
“Köçəryan futbol termini ilə desək, Tehrana pas atıb. Köçəryan Kremlə bağlı olsa da, son zamanlara qədər ABŞ əleyhinə birbaşa açıqlama verməməyə çalışırdı. Görünür, eks-prezident Kremldən aldığı yeni təlimat əsasında antiamerika mövqeyini tam ortaya qoymağa qərar verib. Köçəryan “Tramp yolu”nun Ermənistan üçün iqtisadi səmərəsinin olmadığını, ABŞ-ın bu layihə vasitəsilə Cənubi Qafqazda hərbi növqeyi-nəzərdən möhkəmlənəcəyini söyləyib.
Həmçinin oxuyun
Robert Köçəryan son açıqlamaları ilə Paşinyanla yanaşı, Tramp administrasiyasını da hədəf seçib. Fikrimcə, ABŞ-ın İrəvandakı səfirliyi Köçəryanın açıqlamalarına cavab vermək məcburiyyətindədir. Çünki Köçəryan “Tramp yolu”nu bölgədə qarşıdurmaya rəvac verəcək layihə kimi təqdim edib. Halbuki layihə bölgə ölkələri arasında sabitliyə və əməkdaşlığa şərait yaradacaq. Bəli, sirr deyil ki, Vaşinqton “Tramp yolu” xətti ilə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin zənginliklərinin Qərb bazarlarına daşınmasında maraqlıdır.
Buna baxmayaraq, nəqliyyat yolu vasitəsilə Ermənistan - İran sərhədinin nəzarətə götürülməsi fikrinin absurd olduğu dəfələrlə sübut olunub. Azərbaycan İran ərazisindən keçəcək “Araz dəhlizi” nəqliyyat xəttindən də istifadə edəcək. Köçəryanın məntiqinə görə, onda Azərbaycan da “Araz dəhlizi” vasitəsilə Ermənistan-İran sərhədini nəzarətə götürəcək. Halbuki bu da sırf iqtisadi layihədir. Hər halda Köçəryan İrandakı mühafizəkarlara belə bir mesaj göndərib: “Nikol Paşinyan ABŞ-ın Ermənistanda yerləşməsinə şərait yaradıb və bu, İrana qarşıdır, buna görə də baş naziri devirmək lazımdır”.
Yəni Köçəryan İranın Ermənistanın daxili işlərinə qarışmasını – ölkəsinə müdaxiləsini istəyib. Buna görə Köçəryanı cinayət məsuliyyətinə cəlb etmək lazımdır”, - politoloq bildirib.
01:14 / 30 Yanvar 2026
1
01:02 / 30 Yanvar 2026
23
00:49 / 30 Yanvar 2026
130
00:47 / 30 Yanvar 2026
38
00:36 / 30 Yanvar 2026
49
23:39 / 29 Yanvar 2026
56
23:32 / 29 Yanvar 2026
51
23:27 / 29 Yanvar 2026
74
23:22 / 29 Yanvar 2026
53
23:14 / 29 Yanvar 2026
59
23:09 / 29 Yanvar 2026
52
23:01 / 29 Yanvar 2026
603
22:54 / 29 Yanvar 2026
71
22:54 / 29 Yanvar 2026
66
22:52 / 29 Yanvar 2026
123
22:42 / 29 Yanvar 2026
46
22:37 / 29 Yanvar 2026
47
22:26 / 29 Yanvar 2026
54
22:20 / 29 Yanvar 2026
53
22:19 / 29 Yanvar 2026
70
22:09 / 29 Yanvar 2026
67
22:05 / 29 Yanvar 2026
85
21:53 / 29 Yanvar 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.