İran ABŞ-yə şərt qoydu: Nəticə necə olacaq?
12 May 2026, 18:09
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
624
16.01.2026, 08:24
Yaxın Şərqdə hərbi gərginliyin pik həddə çatdığı bir vaxtda Ağ Evdən mühüm bəyanat gəlib. ABŞ rəsmiləri İranın dünən həyata keçirməyi planlaşdırdığı 800 edam hökmünü dayandırdığını açıqlayıb.
Oxu24.com xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın İrana hərbi zərbə endirib-endirməyəcəyi bütün dünyanın diqqət mərkəzindədir. Ağ Evin mətbuat katibi Karolin Livitt bildirib ki, Tramp administrasiyasının sərt xəbərdarlıqlarından sonra Tehran geri addım atmağa başlayıb.
Ağ Evin sözçüsü bildirib ki, Prezident Tramp etirazçıların öldürülməsinə davam ediləcəyi təqdirdə bunun İran rejimi üçün çox ağır nəticələri olacağını bəyan edib. İrandan Vaşinqtona daxil olan məlumata görə, bu təhdidlərdən sonra dünən icrası nəzərdə tutulan 800 edam qərarı dondurulub. Lakin Livitt vurğulayıb ki, buna baxmayaraq, "bütün hərbi və siyasi variantlar hələ də masadadır" və ABŞ vəziyyəti anbaan izləyir.
Qeyd edək ki, İranda 28 dekabr 2025-ci ildə iqtisadi çətinliklər və milli valyutanın dəyər itirməsi səbəbindən başlayan etirazlar qısa müddətdə ölkəyə yayılıb. 2 615 nəfər ölüb, 18 470 nəfər isə həbs olunub.
Analitiklər qeyd edirlər ki, 800 nəfərin edamının dayandırılması Trampın "maksimum təzyiq" siyasətinin nəticəsidir. Bununla belə, Ağ Ev hərbi müdaxilə planlarının gizli saxlanıldığını və yalnız çox dar bir çevrənin bundan xəbərdar olduğunu bildirib. Hazırda İranda küçə nümayişlərinin qismən sakitləşdiyi müşahidə olunur, lakin iqtisadi böhran və siyasi qeyri-müəyyənlik davam edir.Sfera.az
18:58 / 12 May 2026
1
18:45 / 12 May 2026
32
18:29 / 12 May 2026
55
18:18 / 12 May 2026
124
18:09 / 12 May 2026
69
17:50 / 12 May 2026
92
17:40 / 12 May 2026
185
16:55 / 12 May 2026
88
16:53 / 12 May 2026
69
16:27 / 12 May 2026
175
16:11 / 12 May 2026
117
15:49 / 12 May 2026
95
15:42 / 12 May 2026
146
15:31 / 12 May 2026
92
15:30 / 12 May 2026
852
15:26 / 12 May 2026
538
15:15 / 12 May 2026
109
15:04 / 12 May 2026
86
14:55 / 12 May 2026
86
14:50 / 12 May 2026
93
14:44 / 12 May 2026
92
14:38 / 12 May 2026
82
14:35 / 12 May 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.