Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib
16 May 2026, 13:33
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
576
24.12.2025, 20:56
"Cəmi 44 gün ərzində Ermənistanı böyrü üstə qoyduq. Bu günlər bu gün Xankəndidə açdığım Zəfər tağının pilləkənlərində də əks olunub. Əminəm ki, oraya da siz və bütün Azərbaycan vətəndaşları gedəcəklər, ziyarət edəcəklər".
Oxu24.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında oraya köçən sakinlərlə görüş zamanı deyib.
"Bu gün ölkəmizdə ikinci Zəfər tağı açılmışdır - Bakıdan sonra Xankəndidə. Orada pilləkənlərin üzərində şanlı Zəfər yürüşümüzün hər günü təsbit edilib. Biz hər gün irəli gedirdik, hər gün şəhər və kəndləri azad edirdik və heç bir qüvvə bizim qabağımızda dura bilməzdi. Halbuki bizi 44 gün ərzində dəfələrlə dayandırmaq istəyənlər min cür təzyiq, təhdid və təxribat törətməyə çalışırdılar və hətta törədirdilər. Bizi qorxutmaq, bizi dayandırmaq, bizim şanlı Zəfər yürüşümüzü yarımçıq qoymaq və münaqişəni əbədi etmək – bax, bizə qarşı olan qüvvələrin məqsədi bu idi. Təbii ki, 5 il keçəndən və biz 2023-cü ildə öz suverenliyimizi antiterror əməliyyatı nəticəsində tam bərpa edəndən sonra artıq bizə qarşı olan qüvvələr yeni reallıqla barışmağa məcbur idilər, biz onları məcbur etdik. O cümlədən bizim Qələbəmizi qəbul etməyənlər, bunu həzm edə bilməyənlər, ermənipərəst qüvvələr məcbur olaraq bugünkü reallıqlarla barışmalı oldular. Ermənistan dövləti bu vəziyyətlə barışmalı oldu. Vaxtilə buradan uzaqda olmayan Xankəndi şəhərinin stadionunda “Qarabağ Ermənistandır və nöqtə” deyənlər “Qarabağ Azərbaycandır!” deməyə məcbur oldular. Yəni öz xoşu ilə yox, məcbur edən də biz olduq - xalqımız, dövlətimiz. Yəni bu tarixi biz heç vaxt unutmamalıyıq. O acı günləri yaşayan yaşlı nəsil təbii ki, heç vaxt unutmayacaq. Gənc nəsil unutmamalıdır. Bundan sonra gələn nəsillər, gələcək nəsillər unutmamalıdır, bilməlidir. Bu tarix həm məktəblərdə, həm ali məktəblərdə, ailələrdə əzbər olmalıdır. Yəni bu, bizim şanlı Zəfərimizdir. Eyni zamanda, bundan sonra sülh içində, təhlükəsizlik içində yaşamaq üçün biz bu tarixi heç vaxt unutmamalıyıq", - Prezident qeyd edib.
20:01 / 16 May 2026
1
19:53 / 16 May 2026
31
19:27 / 16 May 2026
57
19:00 / 16 May 2026
68
18:49 / 16 May 2026
66
18:35 / 16 May 2026
72
18:22 / 16 May 2026
189
18:07 / 16 May 2026
70
17:56 / 16 May 2026
188
15:34 / 16 May 2026
80
15:15 / 16 May 2026
345
15:13 / 16 May 2026
97
14:31 / 16 May 2026
81
14:25 / 16 May 2026
84
14:15 / 16 May 2026
86
13:55 / 16 May 2026
102
13:33 / 16 May 2026
93
13:29 / 16 May 2026
341
13:25 / 16 May 2026
89
13:15 / 16 May 2026
88
12:55 / 16 May 2026
99
12:54 / 16 May 2026
428
12:39 / 16 May 2026
2391
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.