Prezident onu təbrik etdi
17 May 2026, 14:24
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
579
18.12.2025, 22:46
Dekabrın 18-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin İqlim və Sağlamlıq üzrə xüsusi nümayəndəsi Robb Butler ilə görüşüb.
Oxu24.com xəbər verir ki, görüşdə Leyla Əliyevaya iqlim və sağlamlıq sahəsində göstərdiyi səmərəli xidmətlərə, COP29 çərçivəsində fəal iştirakı və maarifləndirmə fəaliyyətinə, eləcə də ÜST-nin Pan-Avropa Səhiyyə və İqlim Komissiyasının fəaliyyətinə verdiyi dəstəyə görə Ümumdünya Səhiyyə Təşkilatının xüsusi mükafatı təqdim olunub.
Söhbət zamanı IDEA İctimai Birliyi tərəfindən iqlim dəyişikliyinin mənfi təsirlərinin azaldılması istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib, bu sahədə ÜST ilə Azərbaycan arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub.
Tərəflər Xəzər dənizinin səviyyəsinin enməsinin ekoloji və insan sağlamlığına potensial təsirləri barədə fikir mübadiləsi aparıb, bu istiqamətdə birgə təşəbbüslər və beynəlxalq çağırışların gücləndirilməsi imkanlarını, o cümlədən Azərbaycanın ÜST-nin “Sağlam şəhərlər” şəbəkəsinə qoşulması perspektivlərini müzakirə ediblər.
Bununla yanaşı, təmiz havanın insan sağlamlığına təsiri, havanın çirklənməsinin azaldılması və bu sahədə maarifləndirmə tədbirlərinin gücləndirilməsi məsələləri müzakirə olunub.
15:14 / 17 May 2026
1
15:00 / 17 May 2026
12
14:45 / 17 May 2026
38
14:41 / 17 May 2026
42
14:40 / 17 May 2026
41
14:24 / 17 May 2026
52
14:20 / 17 May 2026
48
14:20 / 17 May 2026
46
14:15 / 17 May 2026
56
14:02 / 17 May 2026
310
14:00 / 17 May 2026
50
13:55 / 17 May 2026
53
13:54 / 17 May 2026
106
13:52 / 17 May 2026
64
13:47 / 17 May 2026
52
13:39 / 17 May 2026
64
13:34 / 17 May 2026
61
13:31 / 17 May 2026
54
13:30 / 17 May 2026
51
13:26 / 17 May 2026
53
13:18 / 17 May 2026
242
13:12 / 17 May 2026
66
13:10 / 17 May 2026
56
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.