Prezident yeni planını işə saldı – 80 ildir heç bir ölkə edə bilmir
14 Yanvar 2026, 22:26
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
3429
27.10.2025, 18:48
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə general-mayor İlqar Rza oğlu Abbasov Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilib.
Media vəzifəsini itirən generalın olduqca qaba adam olduğunu,işçilərlə kobud rəftar etdiyini,hətta küçə söyüşləri səviyyəsində ifadələrə yol verdiyini yazır.
Oxu24.com saytı işdən qovulan general-mayorla bağlı ilginc məlumatlar əldə edib.Sən demə,İ.Abbasovun da “krişa”lığını Ramiz Mehdiyev edirmiş.Məhz “dayısı”nın adından pərvazlanan İ.Abbasov bu özbaşnalıqları edirmiş.
Mənbənin verdiyi məlumata görə,İlqar Abbasovun Prokurorluq və digər dövlət qurumlarında vəzifədən-vəzifəyə durmadan sıçrayışı xəyanətkar Ramiz Mehdiyevin çətiri altında olduğu üçün baş verirmiş.
Yetərincə dərin savada və biliyə malik olmayan, ilk ali təhsilini fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində - testdən kənar yollarla qəbul olunmaqla alan İlqar Abbasov vəzifə başında özünü məmura yaraşmayan formada aparırmış.
Tabeçiliyində olan şəxsləri söyüb,təhqir edir,qeyri-etik davranış sərgiləməklə aşağılayırmış.
Mənbə onun hegemonluğunun təkcə kabinetdə yox,kənarda da hökm sürdüyünü deyir.Hətta,işçilərin harada nahar etməsini də İlqar Abbasov təyin edirmiş.Bu fakt onun Prokurorluq orqanlarında çalışdığı vaxt daha çox özünü biruzə veribmiş.
Həmçinin oxuyun
R.Mehdiyevin əlaltısı kimi tanınan İlqar Abbasovun Bakı şəhərində və onun ətraf qəsəblərində çoxlusayda ticarət və iaşə obyektlərinin olduğu bildirilib.
Həmin obyektlərin İlqar Abbasovun qayınatasının rəhbərliyi ilə idarə olunduğu deyilir.
O,da bildirilir ki,İlqar Abbasov Baş Prokurorluq Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində rəis müavini olarkən əməkdaşları özünə məxsus Ayna Sultanova heykəlinin ətrafında yerləşən “Qızılgül” restoranında nahar etməyə sövq edirmiş...
Onu da qeyd edək ki,İlqar Abbasov Prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışıb.
Onun Prokurorluqda sonuncu iş yeri Bakı şəhər prokuroru vəzifəsi olub.
Xatırladaq ki,İlqar Abbasov Bakı şəhər prokuroru vəzifəsində olarkən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq şöbəsinin böyük prokuroru Azad Fətullayevi özünə köməkçi gətirmişdi.
İlqar Abbasovun hüquqi savadı yetərincə olmadığ üçün Azad Fətullayev onun bu və digər işlərinin icraçısı olub.
Lakin,İlqar Abbasov Bakı şəhər prokuroru olarkən də,tabeçiliyində olan şəxslərlə qeyri-etik münasibət sərgilədiyi üçün A.Fətullayev onunla işləməkdən imtina edibmiş.
Məlumat üçün qeyd edək ki,05 avqust 2014-cü ildə İlqar Abbasova III dərəcəli dövlət ədliyyə müşaviri (ədliyyə general-mayoru) ali xüsusi rütbəsi verilib. 28.09.2018-ci il tarixində “Vətənə xidmətə görə” III dərəcəli ordenlə təltif olunub.
15 iyul 2022-ci ildə Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsinə təyin olunub və ona general-mayor ali hərbi rütbəsi verilib.
Miri Məcidli
11:52 / 15 Yanvar 2026
227
11:47 / 15 Yanvar 2026
23
11:42 / 15 Yanvar 2026
34
11:34 / 15 Yanvar 2026
201
11:13 / 15 Yanvar 2026
43
11:00 / 15 Yanvar 2026
1080
10:52 / 15 Yanvar 2026
174
10:39 / 15 Yanvar 2026
162
10:38 / 15 Yanvar 2026
62
10:36 / 15 Yanvar 2026
67
10:34 / 15 Yanvar 2026
80
10:11 / 15 Yanvar 2026
347
09:48 / 15 Yanvar 2026
170
09:43 / 15 Yanvar 2026
159
09:40 / 15 Yanvar 2026
108
09:38 / 15 Yanvar 2026
148
09:25 / 15 Yanvar 2026
129
09:11 / 15 Yanvar 2026
205
08:52 / 15 Yanvar 2026
1080
08:36 / 15 Yanvar 2026
76
01:51 / 15 Yanvar 2026
341
00:59 / 15 Yanvar 2026
163
23:58 / 14 Yanvar 2026
162
23:54 / 14 Yanvar 2026
220
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.