Azərbaycan Prezidenti Edqars Rinkeviçsi təbrik edib
18 Noyabr 2026, 15:09
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
685
22.05.2025, 17:47
Nazirlər Kabineti “Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi Qaydası”nı təsdiq edib.
Oxu24.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
İqtisadiyyat Nazirliyi bu qərardan irəli gələn digər məsələləri həll etməlidir.
Qayda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna uyğun hazırlanıb. Alkoqollu içkilər dedikdə pərakəndə satış ticarət obyektlərində satılan bütün araq məhsulları (meyvə araqları istisna olmaqla) nəzərdə tutulur.
Məhsulun pərakəndə satışına dair minimum qiymət qablaşdırma həcmlərinə uyğun olaraq müəyyən edilir.
Pərakəndə satışa dair minimum qiymətin müəyyənləşdirilməsi üçün İqtisadiyyat Nazirliyinin müraciəti əsasında illik istehsal həcmi 60 min dekalitrdən və işçi sayı 30 nəfərdən çox olan məhsul istehsalçıları Qaydaya əlavə olunmuş “Məhsulun pərakəndə qiymətinin kalkulyasiyası Forması”nı dolduraraq 15 iş günü müddətində Nazirliyə təqdim edir.
Məhsulun pərakəndə satışına dair minimum qiymət istehsalçıların bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulmuş müddətdə müvafiq məhsul üzrə təqdim etdiyi
pərakəndə satış qiymətlərinin ədədi ortası kimi müəyyən edilir.
Məhsulun pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi barədə qərar Forma təqdim edildikdən sonra Nazirlik onu 1 ay müddətində
təsdiq edir və təsdiq edildiyi gündən 1 ay sonra qüvvəyə minir.
Məhsulun maya dəyəri 5 %-dən çox dəyişdiyi halda bu Qaydanın 2.2-ci bəndində göstərilən istehsalçıların minimum 50 %-nin müraciəti əsasında məhsulun
pərakəndə satışına dair müəyyən olunmuş minimum qiymətə bu Qaydaya uyğun olaraq yenidən baxılır.
Məhsulun pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi barədə qəbul edilmiş qərar haqqında məlumat Nazirlik tərəfindən “İnformasiya əldə
etmək haqqında” qanunun tələblərinə uyğun olaraq qiymətin qüvvəyə mindiyi tarixdən ən azı 30 gün əvvəl verilir.
“Qida təhlükəsizliyi haqqında” qanunda dəyişiklik edilməsi barədə” 24 may 2024-cü il tarixli qanunun tələblərinə uyğun olaraq bu Qaydanın 2.2-ci bəndində qeyd edilən tələb üzrə alkoqollu içki növü olan arağın illik istehsal həcmi 2030-2031-ci illər üzrə 80 min dekalitr, 2032-ci il yanvarın 1-dən 100 min dekalitr tətbiq edilir.
16:26 / 18 Noyabr 2026
22
16:21 / 18 Noyabr 2026
90
16:05 / 18 Noyabr 2026
74
16:00 / 18 Noyabr 2026
85
15:35 / 18 Noyabr 2026
83
15:32 / 18 Noyabr 2026
95
15:28 / 18 Noyabr 2026
87
15:22 / 18 Noyabr 2026
173
15:16 / 18 Noyabr 2026
109
15:12 / 18 Noyabr 2026
91
15:09 / 18 Noyabr 2026
115
15:05 / 18 Noyabr 2026
321
15:02 / 18 Noyabr 2026
106
14:58 / 18 Noyabr 2026
119
14:52 / 18 Noyabr 2026
102
14:44 / 18 Noyabr 2026
511
14:33 / 18 Noyabr 2026
148
14:22 / 18 Noyabr 2026
109
14:18 / 18 Noyabr 2026
118
14:06 / 18 Noyabr 2026
107
13:56 / 18 Noyabr 2026
112
13:12 / 18 Noyabr 2026
141
12:55 / 18 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.