Qaynar xətt:

(+99450) 247 90 86

3 milyon ayrıldı -ŞAD XƏBƏR

2019-05/1557230667_pensiya-pul.jpg

SİYASƏT

539

07.05.2019, 16:03

\"\"  Prezident Qobustan şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında sərəncam imzalayıb.
Müvafiq sənədi mayın 7-də AZƏRTAC dərc edib. Sərəncama əsasən, Qobustan şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qobustan Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb. Maliyyə Nazirliyinə sənəddə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.