Tahir Mirkişili: "Rəqəmsal dövlətin ən böyük qazancı vətəndaşa qaytardığı vaxtdır"
21 Noyabr 2026, 17:16
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
184
05.12.2024, 11:15
Prezident İlham Əliyev Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçılarına müraciət ünvanlayıb.
Oxu24.com xəbər verir ki, müraciəti Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.
Müraciətdə deyilir:
“Hörmətli Forum iştirakçıları! Əziz uşaqlar!
Sizi Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun öz işinə başlaması münasibətilə səmimi-qəlbdən salamlayır, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram.
Uşaqlar cəmiyyətin sabahıdır. Bizim üzərimizə düşən əsas vəzifə onlara aydın səma altında etibarlı gələcək bəxş etməkdir. Ölkəmizdə uşaqlara hərtərəfli qayğının dövlət siyasətinin tərkib hissəsi olması Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindəndir. Bu istiqamətdə bir sıra mühüm işlər görülmüş və görülməkdədir. Uşaqlarımız yüksək təhsil almaq, bacarıqlarını inkişaf etdirmək və istedadlarını üzə çıxara bilmək üçün hər cür imkana malikdirlər. Forumunuzun ənənəvi şəkil alması da Azərbaycanda uşaq hüquqlarına diqqətin bariz təzahürlərindəndir.
Builki Forum “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilir. Onun həsr olunduğu uşaqlar və ekologiya mövzusu aktuallığı ilə seçilir və övladlarımızın təhlükəsiz ətraf mühitdə yaşamaları baxımından xüsusi məna daşıyır. Bu yaxınlarda Azərbaycan nəhəng miqyaslı beynəlxalq tədbirə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti 29-cu sessiyasına ev sahibliyi etdi. Konfransda ətraf mühit amillərinin uşaqların sağlamlığına təsiri, uşaqlar naminə iqlim fəaliyyətinin gücləndirilməsi məsələləri geniş müzakirə olundu. Çünki Yer üzündə bütün uşaqların sağlam və təmiz dünyaya, yaşıl gələcəyə ehtiyacı var və onlar buna layiqdirlər.
Əziz iştirakçılar!
Siz müstəqillik salnaməmizə şanlı səhifələrin yazıldığı günlərin şahidi olan ən yeni nəsli burada təmsil edirsiniz. Sizin şəxsinizdə Azərbaycan uşaqlarının hamısına üz tutub deyirəm: xoşbəxtsiniz ki, parlaq mədəniyyət yaratmış qədim və böyük bir xalqın övladlarısınız. Siz həm də gələcəyimizin təminatısınız. Qüdrətli Azərbaycanı məhz sizə əmanət edəcəyik. Siz bizim üçün çox dəyərlisiniz.
İnanıram ki, Forum çərçivəsində aparacağınız əhatəli fikir mübadiləsi və qəbul edəcəyiniz qərarlar uşaqlarla bağlı dövlət siyasətimizin bundan sonra da uğurla gerçəkləşdirilməsi işinə öz töhfəsini verəcək”.
Qeyd edək ki, aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələrinin dəvət edildiyi tədbirdə Azərbaycanın bütün şəhər və rayonlarından olan 300 uşaq, eləcə də Türkiyə Cümhuriyyətini təmsil edən uşaqlar iştirak edirlər.
19:14 / 21 Noyabr 2026
152
19:12 / 21 Noyabr 2026
49
18:41 / 21 Noyabr 2026
75
18:29 / 21 Noyabr 2026
87
18:19 / 21 Noyabr 2026
91
18:18 / 21 Noyabr 2026
97
17:54 / 21 Noyabr 2026
168
17:43 / 21 Noyabr 2026
1443
17:30 / 21 Noyabr 2026
129
17:17 / 21 Noyabr 2026
109
17:16 / 21 Noyabr 2026
146
17:08 / 21 Noyabr 2026
141
16:45 / 21 Noyabr 2026
111
16:39 / 21 Noyabr 2026
139
16:26 / 21 Noyabr 2026
268
16:20 / 21 Noyabr 2026
137
16:05 / 21 Noyabr 2026
117
16:00 / 21 Noyabr 2026
169
15:49 / 21 Noyabr 2026
158
15:48 / 21 Noyabr 2026
118
15:36 / 21 Noyabr 2026
149
15:35 / 21 Noyabr 2026
120
15:32 / 21 Noyabr 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.