Qaynar xətt:

(+99450) 247 90 86

"Xaricdə yaşayanlar silahla deyil, sosial şəbəkə üzərindən ciddi təhlükə yaradır" - Fazil Mustafa

"Xaricdə yaşayanlar silahla deyil, sosial şəbəkə üzərindən ciddi təhlükə yaradır" - Fazil Mustafa

SİYASƏT

290

30.09.2024, 15:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İnternet üzərindən gələn təhdidlərlə bağlı qanunvericiliyə mütləq dəyişiklik edilməlidir. 

Oxu24.com xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Fazil Mustafa VII çağırış parlamentin payız sessiyası üzrə sentyabrın 30-da keçirilən ilk plenar iclasında çıxışı zamanı deyib. 

O qeyd edib ki, hibrid təhlükələr bu gün Azərbaycan üçün ciddi narahatlığa çevrilib:

“Artıq xaricdə yaşayanlar silahla deyil, sosial şəbəkə üzərindən ciddi təhlükə yaradır. Bu istiqamətdə qanunvericilik bazasının daha da təkmilləşdirmək barədə düşünməliyik”.