XİN başçısı: Vilnüs Bakı ilə dialoqu layihələrə və investisiyalara çevirməyə ümid edir
26 Noyabr 2026, 12:04
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
351
22.05.2024, 11:21
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İsveçrənin Cenevrə şəhərinə işgüzar səfəri çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının (ÜƏP) Cenevrə Qlobal ofisinin direktoru Cankarlo Çirri və BMT Ətraf Mühit Proqramının (ƏMP) Avropa üzrə yeni təyin olunmuş regional direktoru Arnold Kraylhuber ilə görüşüb.
Oxu24.com xəbər verir ki, ÜƏP rəsmisi ilə keçirilən görüşdə IDEA təşkilatı ilə ÜƏP arasında BMT-nin dayanıqlı inkişaf məqsədlərindən olan Yer kürəsində aclığın aradan qaldırılması üzrə birgə fəaliyyət, o cümlədən münaqişələr, təbii fəlakətlər və iqlim dəyişmələrindən əziyyət çəkən insanların ərzaqla təminatına dair müzakirələr aparılıb. Leyla Əliyeva IDEA İB-nin Azərbaycanda və bölgəmizdən kənarda müxtəlif BMT qurumları ilə çoxşaxəli əməkdaşlıq nümunələrini diqqətə çatdıraraq, ÜƏP ilə daha sıx tərəfdaşlığa hazır olduqlarını vurğulayıb. Bu xüsusda o, Azərbaycanda son illər könüllülər hərəkatının geniş vüsət tapdığını və istər ölkə daxilində, istərsə də ölkədən kənarda dəyərli təcrübə qazandıqlarını nəzərə alaraq, ÜƏP-in dünyanın müxtəlif bölgələrində fəaliyyətlərinə Azərbaycan könüllülərinin cəlb olunmasını təklif edib.
ƏMP Regional direktoru ilə keçirilən görüşdə IDEA İB-nin bu BMT proqramı ilə Azərbaycanda həyata keçirdikləri müxtəlif layihələrə istinad edilmiş, uğurlu əməkdaşlıq nümunələri kimi canlı aləmin bir sıra növlərinin mühafizəsini ehtiva edən layihələr, o cümlədən Xəzər dənizinin ekologiyasının mühafizəsi və bərpası təşəbbüsləri göstərilib. Leyla Əliyeva xüsusilə qeyd edib ki, 30 ilə yaxın işğal altında olan ərazilərimizdə meşələr qırılmış, su hövzələri çirklənmiş, təbii ehtiyatlarımız amansızcasına istismar olunmuş, nəticədə ölkəmizin ekologiyasına ciddi zərər vurulub. Bu baxımdan, işğala məruz qalmış ərazilərimizdə təbiətin bərpası və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində ƏMP ilə əməkdaşlığın vacibliyi qeyd olunub.
IDEA İB-nin rəhbəri hər iki BMT proqramının nümayəndəsini bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 konfransına dəvət edib və bu proses çərçivəsində birgə tədbirlər keçirmək imkanlarını müzakirə etməyə hazır olduqlarını diqqətə çatdırıb.



12:44 / 26 Noyabr 2026
1
12:20 / 26 Noyabr 2026
287
12:12 / 26 Noyabr 2026
86
12:09 / 26 Noyabr 2026
73
12:04 / 26 Noyabr 2026
94
12:00 / 26 Noyabr 2026
87
11:30 / 26 Noyabr 2026
234
11:28 / 26 Noyabr 2026
113
11:09 / 26 Noyabr 2026
115
10:47 / 26 Noyabr 2026
122
10:44 / 26 Noyabr 2026
107
10:34 / 26 Noyabr 2026
117
10:30 / 26 Noyabr 2026
120
10:15 / 26 Noyabr 2026
129
10:10 / 26 Noyabr 2026
139
10:05 / 26 Noyabr 2026
125
10:00 / 26 Noyabr 2026
151
09:55 / 26 Noyabr 2026
121
09:45 / 26 Noyabr 2026
145
09:27 / 26 Noyabr 2026
145
09:22 / 26 Noyabr 2026
1192
09:10 / 26 Noyabr 2026
206
09:08 / 26 Noyabr 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.