Sakinlər bu şadlıq evindən ŞİKAYƏT EDİR
01 Noyabr 2026, 23:40
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
4126
05.01.2026, 13:59
Bakıda fəaliyyət göstərən iri supermarket şəbəkələrindən birində müştəri aldadılıb.
Oxu24.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə şikayət paylaşılıb.
Narazı vətəndaş bildirib ki, "Rahat" supermarketlər şəbəkəsinin Neftçilər filialında alış-veriş edərkən qiymət fərqi ilə üzləşib.
Hadisə necə baş verib?
Şikayətçinin sözlərinə görə, aldığı şokoladın üzərindəki qiymət etiketi ilə kassa çeki bir-birini tutmayıb. Məhsulun üzərindəki qiymət 8.90 AZN, kassada vurulan qiymət isə 11.50 AZN olub.
Müştəri qeyd edib ki, tələsdiyi üçün ödənişi edib marketdən çıxsa da, sonradan çekə baxdıqda aldadıldığını başa düşüb. Təqdim olunan fotolardan da aydın görünür ki, şokoladın üzərindəki etiketdə qiymət daha ucuz göstərilib, lakin sistemdə qiymət artırılıb.
Qanun nə deyir?
Xatırladaq ki, mövcud qanunvericiliyə əsasən, piştaxtadakı qiymətlə kassadakı qiymət fərqli olduqda, müştəri məhsulu mütləq şəkildə piştaxtada gördüyü ucuz qiymətə almaq hüququna malikdir. Bu cür hallar istehlakçıların hüquqlarının pozulması və rəqabət məcəlləsinin ziddinə hesab olunur.
Qeyd edək ki, "Rahat" marketlər şəbəkəsi “ANC Group” MMC-nin tərkibindədir.
MMC-nin qanuni təmsilçisi Samir Rafiq oğlu Abdullayevdir.
Xalqxeber-in yazdığına görə,“ANC GROUP” MMC-nin səhmlərinin 10%-Babakişiyev Cəlal Rasim oğluna, 90%-i isə ABDA RETAİL İNVESTMENT HOLDİNG LTD-yə məxsusdur.
ABDA RETAİL İNVESTMENT HOLDİNG LTD şirkətinin təsisçisi və sədri qalmaqallı iş adamı Adnan Əhmədzadədir.
İddilara görə 10 milyon manatlıq avtomobil kolleksiyası olan Adnan Əhmədzadə həm də İngiltərədə milyonluq “party”lərin təşkilinə pullar tökən qeyri-rəsmi iş adamıdır. Adnan Əhmədzadə Azərbaycanda bir neçə marketlər şəbəkəsinin sahibidir. Bunlardan bizə məlum olanları “Bolmart”, “Rahat Market”, “Port Baku Bazar” market şəbəkələridir.
Çimnaz Telmanqızı
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.