Əmək pensiyaları ilə bağlı RƏSMİ XƏBƏR
24 Noyabr 2026, 10:40
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
743
10.11.2023, 13:16
Mingəçevir şəhərində 2006-cı il təvəllüdlü İsmayıl sosial şəbəkədə tanış olduğu yetkinlik yaşına çatmayan Nuranə (adlar şərti verilib -red.) ilə cinsi əlaqədə olub.
Oxu24.com teleqraf.com-a istinadən bildirir ki, Ağdaş rayon sakini İsmayıl Mingəçevir sakini Nuranə ilə 2022-ci ilin oktyabrında "İnstagram" sosial şəbəkəsində tanış olub.
Nuranə ilə münasibət qurduqdan sonra noyabrın əvvəllərindən dekabrın sonlarınadək bir neçə dəfə onunla könüllü razılığı əsasında cinsi əlaqədə olub.
İstintaq orqanı tərəfindən İsmayılın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İsmayıl ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, əsl adı İsmayıl olsa da, tanış-qohum ona "Elmar" deyə müraciət edir: "2022-ci ilin oktyabr ayının sonlarında "İnstagram"da Nuranə ilə tanış oldum. Həmin vaxtdan onunla mütəmadi şəkildə danışıb əlaqə saxlamağa başladım. Ona əsl adımı, soyadımı və atamın adını düzgün demədim. Nuranə ilə yazışmalar apararaq bir-birimizə bağlandıq".
Təqsirləndirilən şəxs qeyd edib ki, Nuranə ilə 2022-ci ilin noyabr ayının əvvəllərində Mingəçevir şəhərində parkda görüşdükdən sonra insanların arasında görüşməyin təhlükəli olmasını və valideynlərini onu görə biləcəklərindən qorxduğunu deyib: "Bundan sonra onunla gizli yerdə, ya da valideynləri olmayanda onun yaşadığı mənzildə görüşmək qərarına gəldik. İlk dəfə 2022-ci ilin noyabr ayının əvvəllərində valideynləri olmayanda Nuranə ilə zəngləşib yaşadığı mənzilə getdim. Mənzildə divanda oturub söhbət edərkən qucaqlaşıb öpüşdükdən sonra qarşılıqlı olaraq cinsi əlaqədə olmağı arzuladıq. Bu səbəbdən yataq otağına keçdik. Nuranə ilə təbii yolla cinsi əlaqədə oldum, onun qızlıq bəkarətini pozdum".
Təqsirləndirilən şəxs deyib ki, zərərçəkmiş Nuranə ilə cinsi əlaqədə olanda onun 16 yaşına çatmadığını bilib: "Buna baxmayaraq, onu sevməyim səbəbindən yaşına baxmadım, onunla cinsi əlaqədə oldum".
İsmayılın ifadəsinə görə, 2022-ci ilin noyabr və dekabr aylarında Nuranənin yaşadığı evə gedərək onunla 4-5 dəfə də təbii yola cinsi əlaqədə olub:
"Nuranə hamilə qaldığını, bunu anasından bunu gizlətmək üçün hicaba girəcəyini dedi. Həqiqətən də hicab daşımağa başladı. Çox çalışsalar da, Nuranə və özüm azyaşlı olduğumuzdan vəziyyəti valideynlərimizə açıqlaya bilmədik. Bir-birimizi sevdiyimizdən, gələcəkdə evlənmək fikrində olduğumuzdan əlaqəni kəsmədik. Daha sonra anası hamilə olmasından şübhələndiyindən onu xəstəxanaya apardı. Mən də Nuranə ilə aramızda baş verənlər bilindiyi üçün könüllü olaraq Mingəçevir şəhər polis şöbəsinə gedərək törətdiyim əməli boynuna aldım".
Bu cinayət işinə Mingəçevir şəhər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə İsmayılın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.
İsmayıl 8 ay sınaq müddəti olmaqla 1 il müddətinə şərti cəza təyin olunub.
23:13 / 29 Noyabr 2026
1
22:44 / 29 Noyabr 2026
70
22:26 / 29 Noyabr 2026
102
21:43 / 29 Noyabr 2026
110
21:37 / 29 Noyabr 2026
100
21:23 / 29 Noyabr 2026
115
20:46 / 29 Noyabr 2026
125
20:26 / 29 Noyabr 2026
137
20:26 / 29 Noyabr 2026
134
19:50 / 29 Noyabr 2026
143
19:27 / 29 Noyabr 2026
145
19:13 / 29 Noyabr 2026
162
19:01 / 29 Noyabr 2026
148
18:58 / 29 Noyabr 2026
429
18:45 / 29 Noyabr 2026
159
18:29 / 29 Noyabr 2026
158
18:15 / 29 Noyabr 2026
181
15:24 / 29 Noyabr 2026
200
12:43 / 29 Noyabr 2026
513
12:03 / 29 Noyabr 2026
211
12:00 / 29 Noyabr 2026
303
11:33 / 29 Noyabr 2026
217
10:55 / 29 Noyabr 2026
250
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.