Çimnaz Quliyeva vəfat etdi
15 Yanvar 2026, 14:14
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1100
23.12.2019, 17:39
Xalq artisti, balet ustası Çimnaz Babayeva vəfat edib.
APA-nın Mədəniyyət Nazirliyinə istinadən verdiyi məlumata görə, 74 yaşlı balet ustası dekbarın 23-də vəfat edib.
Çimnaz Babayeva 1946-cı il dekabrın 23-də Bakı şəhərində anadan olub. 1964-cü ildə Bakı Xoreoqrafiya Məktəbini bitirən gənc balet artisti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppasına qəbul edilib və Azərbaycanın balet ustalarından birinə çevrilib.
Ç.Babayeva Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində bir çox milli və klassik balet tamaşalarında unudulmaz xoreoqrafik obrazlar yaradıb. O, öz həyat yoldaşı, Xalq artisti Vladimir Pletnyov ilə birgə A. Məlikovun "Məhəbbət əfsanəsi" baletində Şirin, Q. Qarayevin "Yeddi gözəl" baletində Aişə, "İldırımlı yollarla"da Sari, Ə. Bədəlbəylinin "Qız qalası"nda Gülyanaq, F. Əmirovun "Nəsimi haqqında dastan"ında Nəsiminin sevgilisi, L. Minkusun "Don Kixot"unda Kitri, D. Şostakoviçin "Xanım və xuliqan"ında xanım və başqa tamaşalarda Azərbaycan klassik xoreoqrafiya sənətini şərəfli bir pilləyə ucaldıb.
Həmçinin oxuyun
O, 1977-ci ildən 2000-ci ilədək Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında məşqçi baletmeysteri vəzifəsində fəaliyyət göstərib.
O, 1970-ci ildə Əməkdar artist, 1974-cü ildə Fikrət Əmirovun “Nəsimi haqqında dastan” baletinin səhnələşdirilməsinə görə Azərbaycanın Dövlət mükafatı laureatı, 1978-ci ildə Xalq artisti kimi yüksək fəxri adlara layiq görülüb. 2002-ci ildən Prezident təqaüdçüsü idi.
Allah rəhmət eləsin!

00:12 / 29 Yanvar 2026
6
00:02 / 29 Yanvar 2026
19
23:59 / 28 Yanvar 2026
18
23:49 / 28 Yanvar 2026
28
23:38 / 28 Yanvar 2026
33
23:36 / 28 Yanvar 2026
49
23:33 / 28 Yanvar 2026
34
23:27 / 28 Yanvar 2026
216
23:18 / 28 Yanvar 2026
42
23:08 / 28 Yanvar 2026
48
23:00 / 28 Yanvar 2026
506
22:57 / 28 Yanvar 2026
51
22:53 / 28 Yanvar 2026
57
22:47 / 28 Yanvar 2026
382
22:39 / 28 Yanvar 2026
74
22:27 / 28 Yanvar 2026
71
22:22 / 28 Yanvar 2026
67
22:19 / 28 Yanvar 2026
87
22:16 / 28 Yanvar 2026
44
22:10 / 28 Yanvar 2026
203
22:10 / 28 Yanvar 2026
73
22:00 / 28 Yanvar 2026
46
21:56 / 28 Yanvar 2026
43
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.