Əmək pensiyaları ilə bağlı RƏSMİ XƏBƏR
24 Noyabr 2026, 10:40
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
2980
28.08.2026, 19:16
Azərbaycanın ən çox tanınan hərbçilərindən olan Ramil Səfərovun polkovnik hərbi rütbəsində yeni fotosu yayılıb.
Oxu24.com bakıvaxtı.az-a istinadən xəbər verir ki, görüntülərdən məlum olur ki, Ramil Səfərov hazırda Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda çalışır.
O, institutda tədris fəaliyyəti ilə məşğul olur, gələcək zabitlərin hazırlanması prosesində iştirak edir.
Bununla yanaşı, Ramil Səfərov Milli Müdafiə Universitetinin elmi nəşri olan “Milli Təhlükəsizlik və Hərbi Elmlər” jurnalının məsul katibi vəzifəsini icra edir. Müdafiə Nazirliyinin rəsmi saytında dərc olunan jurnalın 2025-ci il 2-ci sayında redaksiya heyətində “Məsul katib – polkovnik Ramil Səfərov” qeydi yer alıb.
Qeyd edək ki, sözügedən jurnal Milli Müdafiə Universitetinin təsisçiliyi ilə nəşr olunur və milli təhlükəsizlik, hərbi elmlər sahəsində elmi tədqiqatların nəticələrinin dərc edildiyi elmi-praktik nəşrdir. Jurnal həmçinin Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlər siyahısına daxildir.
Xatırladaq ki, Ramil Səfərov 25 avqust 1977-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olub. O, 1991-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub, daha sonra hərbi təhsilini Türkiyədə davam etdirərək Maltepe Hərbi Liseyini və Quru Qoşunları Məktəbini bitirib.
2004-cü ildə NATO proqramı çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən ingilis dili kurslarına ezam olunan Ramil Səfərov həmin il baş vermiş hadisəyə görə Macarıstanda ömürlük azadlıqdan məhrum edilib.
31 avqust 2012-ci ildə Azərbaycana ekstradisiya olunan Ramil Səfərov elə həmin gün Prezident tərəfindən əfv edilib. Sonrakı illərdə ona əvvəlcə mayor, daha sonra polkovnik-leytenant hərbi rütbəsi verilib. Hazırda isə Azərbaycan Ordusunda polkovnik hərbi rütbəsini daşıyır.
17:43 / 28 Noyabr 2026
16
16:40 / 28 Noyabr 2026
119
16:35 / 28 Noyabr 2026
96
16:07 / 28 Noyabr 2026
111
15:49 / 28 Noyabr 2026
435
15:41 / 28 Noyabr 2026
184
15:07 / 28 Noyabr 2026
190
14:55 / 28 Noyabr 2026
141
14:38 / 28 Noyabr 2026
260
14:09 / 28 Noyabr 2026
171
13:52 / 28 Noyabr 2026
746
13:22 / 28 Noyabr 2026
1132
13:02 / 28 Noyabr 2026
262
12:56 / 28 Noyabr 2026
170
12:43 / 28 Noyabr 2026
461
12:12 / 28 Noyabr 2026
1568
12:05 / 28 Noyabr 2026
175
11:50 / 28 Noyabr 2026
196
11:21 / 28 Noyabr 2026
194
11:13 / 28 Noyabr 2026
178
10:46 / 28 Noyabr 2026
319
10:39 / 28 Noyabr 2026
482
10:29 / 28 Noyabr 2026
205
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.