Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib
12 Noyabr 2026, 17:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
2559
08.12.2025, 12:23
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ölkədə bir həftəlik tətilin elan olunması hələ də ictimaiyyətin gündəmindədir. Müzakirələr əsasən bayram günlərinin ardıcıllığını təmin etmək məqsədilə aparılır.
Əvvəlcə mediada məlumat yayıldı ki, 2025-ci ilin 29, 30, 31 dekabr və 2026-cı ilin 1, 2, 3, 4 yanvar tarixləri qeyri-iş günü olacaq. Belə ki, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci ilin 29 və 30 dekabr iş günləri 27 və 28 dekabr şənbə-bazar günləri ilə əvəz ediləcək. Nəticədə ölkədə 29 dekabrdan 5 yanvar 2026-cı ilədək bayram tətili yaranacaq.
Oxu24.com bildirir ki Nazirlər Kabineti mediada yayılan xəbərlərə rəsmi açıqlama verərək bildirdi ki, hələlik belə bir qərar qəbul edilməyib. Rəsmi qərarın verilməsi üçün yekun razılıq gözlənilir.
Qeyd edək ki, əvvəlki illərdə bəzi bayram günlərinin daha əlverişli şəkildə tənzimlənməsi məqsədilə iş və istirahət günlərinin yerdəyişməsi halları müşahidə olunub. Lakin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar əvvəllər belə bir yerdəyişmə edilməyib. Məsələn, 2024-cü ilin dekabr-yanvar dövründə 30 dekabr və 3 yanvar iş günü kimi saxlanılıb və qeyri-iş günləri yalnız 30 dekabr, 1 və 2 yanvar tarixləri üçün elan olunub.
Bir sözlə, əvvəlki illərin təcrübəsinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, bu il də 29 və 30 dekabr rəsmi iş günü, 31 dekabr və 1–4 yanvar tarixləri isə qeyri-iş günü kimi qeyd olunacaq. Beləliklə yeni il bayramı ilə əlaqədar istirahət günlərinin sayı - 5 gün olacaq.
Mənbə: Bizim media
17:43 / 15 Noyabr 2026
1
17:16 / 15 Noyabr 2026
209
17:12 / 15 Noyabr 2026
725
17:09 / 15 Noyabr 2026
62
15:50 / 15 Noyabr 2026
90
15:25 / 15 Noyabr 2026
106
15:15 / 15 Noyabr 2026
115
14:47 / 15 Noyabr 2026
159
14:34 / 15 Noyabr 2026
327
14:25 / 15 Noyabr 2026
137
14:19 / 15 Noyabr 2026
111
14:02 / 15 Noyabr 2026
454
13:27 / 15 Noyabr 2026
336
12:55 / 15 Noyabr 2026
1619
12:36 / 15 Noyabr 2026
374
12:28 / 15 Noyabr 2026
168
12:11 / 15 Noyabr 2026
144
11:52 / 15 Noyabr 2026
220
11:43 / 15 Noyabr 2026
146
11:29 / 15 Noyabr 2026
169
11:20 / 15 Noyabr 2026
142
11:20 / 15 Noyabr 2026
152
11:10 / 15 Noyabr 2026
143
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.