Çimnaz Quliyeva vəfat etdi
15 Yanvar 2026, 14:14
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
707
29.11.2025, 19:13
Ramiz Mehdiyev və Əli Kərimli formal olaraq fərqli ideologiyaların təmsilçiləri kimi görünsə də, onların uzun illər ərzində formalaşdırdığı siyasi davranış xətti əslində eyni məqsədlərə xidmət edən və bir-birini tamamlayan strategiyalar üzərində qurulub.
Ramiz Mehdiyev uzun illər siyasi sistem daxilində özünəməxsus “parallel” idarəçilik mexanizmi qurmağa çalışmış, siyasi prosesləri idarə etmək iddiası göstərmiş və heç kəsə sirr deyil ki, müxtəlif üsullardan istifadə edərək qərarverici strukturlar üzərində nəzarət həyata keçirməyə çalışıb.
Digər tərəfdən, Əli Kərimli daim institusional siyasi prosesdən kənarda qalaraq radikal ritorika və kütləvi təzyiq taktikasına üstünlük verən xətti ilə tanınıb.
Bu paralel iki siyasi xətt əslində strateji səviyyədə bir-birini tamamlayan davranış modellərini ortaya qoyduğunu göstərir: Hakimiyyətə təsir göstərmək iddiası, siyasi institutları deyil, şəxsi nüfuz amillərini önə çıxarmaq, daxili sabitliyi pozmağa yönəlmiş davamlı gərginlik mühiti yaratmaq, xarici regional proseslərdən isə daxili siyasi təzyiq vasitəsi kimi istifadə etmək. Bu oxşarlıqlar onların fəaliyyətində təsadüfi paralellər deyil, sistemli şəkildə uzlaşan eyni siyasi xətdir.
Bu mənzərəni göstərən ən sadə nümunələrdən biri Ramiz Mehdiyevin Prezident Administrasiyasına rəhbərlik etdiyi dövrlərdə AXCP-nin mitinq fəaliyyətinə yaradılan süni “pəncərələr”, ictimai rezonansın şişirdilməsi, mitinq iştirakçıları ilə bağlı saxta statistik təqdimatlardır.
Eyni zamanda, vaxtilə gündəmə gətirilən Qafqaz baharı, Rusiyada yaradılan “Milyarderlər İttifaqı”, “Ziyalılar Forumu”, “Milli Şura” layihəsi və digər keçməyən təşəbbüslər həmin dövrdə ölkədə baş verən gərginliklərin arxasında xaricdən idarə edilən anti-milli əməkdaşlıq mexanizminin və xəyanətin dayandığını göstərir.
Ramiz Mehdiyev və Əli Kərimli xəttinin son aylarda yenidən aktivləşməsi də təsadüfi deyil və regionda baş verən geosiyasi dəyişikliklərin yan təsiridir.
Hazırda Cənubi Qafqaz ciddi transformasiya mərhələsindən keçir; regional güclər arasında balansın dəyişməsi, xüsusilə də Rusiya–Ukrayna müharibəsinin post-konflikt mərhələsinə keçid etməsi fonunda Moskvanın bölgədə təsir dairələrini yenidən bərpa etmək cəhdlərinin güclənəcəyi ehtimal olunur.
Həmçinin oxuyun
Belə bir şəraitdə, xüsusilə də radikal mövqeləri və qeyri-institusional davranış ənənələri ilə tanınan yerli anti-milli siyasi aktorların, Rusiyada yaşayan azərbaycanlıların və bəzi diaspora nümayəndələrinin bu məsələdə alətə çevriləcəyi ehtimalı ciddidir.
Açıq demək lazımdır ki, Ramiz Mehdiyev–Əli Kərimli xəttində illərdir müşahidə edilən paralellər, onların siyasi davranış modelləri və bu davranışların xarici təsir tərəfindən idarə edilməsi artıq təkcə siyasi müzakirə məsələsi deyil — bu, dövlət təhlükəsizliyi məsələsidir.
Ümid edirik ki, Azərbaycan dövlətinə qarşı olan xəyanətin çərçivəsi, o cümlədən Ramiz Mehdiyevə hələ də gizli formada dəstək verən, gizli qapılar arxasında rəğbətini açıq formada ifadə edən, xarici dövlətlərin tapşırığını hər an icra etməyə hazır olan və barələrində ciddi nüfuzdan salacaq materiallar mövcud olan şəxslərin dairəsi də qısa zamanda müəyyənləşərək haqlarında zəruri hüquqi tədbirlər görüləcəkdir.
Dəyişən dünya nizamında Azərbaycan dövlətinin güclü, ədalətli və ən əsası müstəqil siyasətinə qarşı mübarizə aparan ölkə daxilində bütün radikal qrupların və təsir dairələrinin vaxtında zərərsizləşdirilməsi milli təhlükəsizlik baxımından tamamilə legitimdir və həyati əhəmiyyət daşıyır.
Kamal Cəfərov,
Milli Məclisin deputatı
09:01 / 05 Fevral 2026
49
08:58 / 05 Fevral 2026
84
08:57 / 05 Fevral 2026
64
00:23 / 05 Fevral 2026
596
00:07 / 05 Fevral 2026
1072
23:58 / 04 Fevral 2026
302
23:53 / 04 Fevral 2026
754
23:38 / 04 Fevral 2026
237
23:29 / 04 Fevral 2026
1768
22:51 / 04 Fevral 2026
448
22:47 / 04 Fevral 2026
276
22:43 / 04 Fevral 2026
183
22:34 / 04 Fevral 2026
147
22:31 / 04 Fevral 2026
94
22:09 / 04 Fevral 2026
985
21:59 / 04 Fevral 2026
115
21:51 / 04 Fevral 2026
91
21:15 / 04 Fevral 2026
7353
21:06 / 04 Fevral 2026
103
21:03 / 04 Fevral 2026
278
20:53 / 04 Fevral 2026
115
20:48 / 04 Fevral 2026
1019
20:46 / 04 Fevral 2026
160
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.