Qaynar xətt:

(+99450) 247 90 86

Mədəniyyət Nazirliyi açıqlama yaydı

news/2025_11_18/pydvdrwwndgby6qe7iw5k9wpm6hrp3mlytq34zrk_825_1763480417.jpg

REDAKTORUN SEÇİMİ

588

18.11.2025, 19:39

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası üzrə aparılan yenidənqurma prosesibdə planlaşdırılan "Kinopark" layihəsi çərçivəsində Cəfər Cabbarlının heykəlinin restavrasiyası da nəzərdə tutulur.

Bu barədə  Oxu24.com-un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, restavrasiya zamanı abidənin ilkin bədii həlli və tarixi dəyəri qorunacaq, həm vizual, həm də konstruktiv baxımdan yenilənməsi təmin olunacaq:

"Məqsəd heykəlin gələcək "Kinopark" məkanında mərkəzi bir mədəni-simvolik element kimi qorunmasıdır. "Kinopark" layihəsi kinostudiyanın ictimai və yaradıcı potensialını genişləndirən ayrıca bir konsepsiyadır. Burada həm tematik sərgi və ekspozisiya zonalarının, həm də açıq hava kino məkanlarının, təhsil və seminar səhnələrinin, gənc kino peşəkarları üçün yaradıcı emalatxanaların təşkili nəzərdə tutulur. Konsepsiya həm kino tarixinin nümayişini, həm də müasir kino prosesinə dəstək verən canlı, interaktiv bir mühitin yaradılmasını hədəfləyir".