Əmək pensiyaları ilə bağlı RƏSMİ XƏBƏR
24 Noyabr 2026, 10:40
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
717
01.06.2024, 16:06
Bakıda və Abşeron yarımadasında iyunun 1-i günün ikinci yarısından 2-si axşamadək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 1-i axşam və 2-si gecə və səhər yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a verilən xəbərə görə, 1-i gecəyə doğru və 2-də gecə bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
Azərbaycanın rayonlarında iyunun 2-si axşamadək bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur, Qarabağ, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
İyunun 2-si gündüzədək qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.
Çaylarda, o cümlədən Kür, Araz, Qanıx və Qabırrı çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
Bakıda dəhşətli anlar: Ölənlər var +ADLAR
21:38 / 25 Noyabr 2026
36
21:34 / 25 Noyabr 2026
16
21:34 / 25 Noyabr 2026
25
21:31 / 25 Noyabr 2026
54
21:28 / 25 Noyabr 2026
53
21:16 / 25 Noyabr 2026
54
21:05 / 25 Noyabr 2026
65
20:56 / 25 Noyabr 2026
83
20:46 / 25 Noyabr 2026
728
20:42 / 25 Noyabr 2026
83
20:36 / 25 Noyabr 2026
102
20:35 / 25 Noyabr 2026
105
20:29 / 25 Noyabr 2026
103
20:19 / 25 Noyabr 2026
102
20:14 / 25 Noyabr 2026
142
20:01 / 25 Noyabr 2026
307
19:57 / 25 Noyabr 2026
100
19:49 / 25 Noyabr 2026
109
19:41 / 25 Noyabr 2026
105
19:40 / 25 Noyabr 2026
125
19:24 / 25 Noyabr 2026
191
19:21 / 25 Noyabr 2026
112
19:06 / 25 Noyabr 2026
120
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.