Murad Süleymanov vəzifəsindən azad edildi
25 Noyabr 2026, 21:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
64
25.11.2026, 21:34
Keçmiş təhsil naziri Misir Mərdanov bundan sonra Məleykə Abbaszadənin tabeliyində işləyəcək.
Oxu24.com xəbər verir ki, bu, Məleykə Abbaszadənin noyabrın 19-da və Bakı Dövlət Universitetinin rektoru təyin edilməsindən sonra baş verib.
Məsələ burasındadır ki, eks-nazir, professor Misir Mərdanov hazırda BDU-nin Ali riyaziyyat və riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri vəzifəsində çalışır. Fizika-riyaziyyat elmləri doktoru M.Mərdanov 1997-1998-ci illərdə BDU-nun rektoru, 1998-2013-cü illərdə Azərbaycanın təhsil naziri işləyuib.
Qeyd edək ki, Misir Mərdanovla Məleykə Abbaszadə arasında münasibətlər əvvəllər heç də yaxşı olmayıb. Xüsusilə 2011–2012-ci illərdə tərəflər arasında qarşılıqlı ittihamlar açıq şəkildə mətbuat orqanlarına da çıxmışdı. Söhbət o vaxtkı Təhsil Nazirliyi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) arasında yaşanan münaqişədən gedir.
Məleykə Abbaszadə ilə Misir Mərdanovun qarşıdurması əsasən məktəblərdə təhsilin keyfiyyəti, dərsliklərdəki səhvlər, qəbul imtahanlarının nəticələri və təhsil sisteminin idarə olunması ətrafında idi. Amma söhbət həm də təhsil sistemində səlahiyyət və nüfuz uğrunda mübarizədən gedirdi.
M.Abbaszadə hesab edirdi ki, məktəblərdə tədrisin keyfiyyəti aşağıdır və bu, qəbul imtahanlarının nəticələrində özünü göstərir. M.Mərdanov isə enunla razılaşmırdı. Təhsil Nazirliyinin tənqidlərə etiraz etməsi tərəflər arasında mübahisəni dərinləşdirirdi.
TQDK ali məktəblərə qəbul prosesini, sonradan isə orta məktəblərdə buraxılış imtahanlarını da həyata keçirirdi. Təhsil Nazirliyi isə ümumi təhsil sisteminə rəhbərlik edirdi. Bu iki qurumun fəaliyyət sahələri bir-birinə toxunduğundan fikir ayrılıqları daha da dərinləşmişdi.
Bir neçə il öncə bir-birini ittiham edən Məleykə Abbaszadə ilə Misir Mərdanovun indi necə yola gedəcəkləri maraq doğurur.Modern.az
21:48 / 25 Noyabr 2026
9
21:38 / 25 Noyabr 2026
40
21:34 / 25 Noyabr 2026
26
21:31 / 25 Noyabr 2026
60
21:28 / 25 Noyabr 2026
59
21:16 / 25 Noyabr 2026
57
21:05 / 25 Noyabr 2026
68
20:56 / 25 Noyabr 2026
86
20:46 / 25 Noyabr 2026
736
20:42 / 25 Noyabr 2026
86
20:36 / 25 Noyabr 2026
104
20:35 / 25 Noyabr 2026
107
20:29 / 25 Noyabr 2026
104
20:19 / 25 Noyabr 2026
103
20:14 / 25 Noyabr 2026
143
20:01 / 25 Noyabr 2026
313
19:57 / 25 Noyabr 2026
101
19:49 / 25 Noyabr 2026
110
19:41 / 25 Noyabr 2026
106
19:40 / 25 Noyabr 2026
126
19:24 / 25 Noyabr 2026
192
19:21 / 25 Noyabr 2026
114
19:06 / 25 Noyabr 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.