Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
ÖZƏL BÖLÜM
6481
13.02.2025, 15:14
Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü ilin oktyabrın 1-dən etibarən Naxçıvan istiqamətində aviabiletlərin onlayn alışı zamanı “SİMA” rəqəmsal imza tətbiq etməyə başlayıb. Qurumun yaydığı rəsmi açıqlamaya görə,bu yenilik sözügedən istiqamət üzrə aviabiletlərin əldə edilməsi prosesinin rəqəmsallaşdırılması və şəffaflığın artırılması məqsədini daşıyır.
AZAL-ın rəsmi internet saytı və mobil tətbiqi vasitəsilə bilet almaq istəyən sərnişinlər yalnız “SİMA İmza” ilə şəxsiyyətlərini təsdiq etdikdən sonra əməliyyatı həyata keçirə bilərlər.
Qeyd olunan yenilik bir çox vətəndaşlarda müsbət qarşılansa da,tətbiqdən narazılıq edənlər də var.
“Bugün mən işdə və ya evdən kənarda olduğum zaman ailə üzvlərimə onlayn bilet ala bilmirəm. Ona görə ki, bilet alacağım ailə üzvüm mənim yanımda olmalı və öz telefonundakı “SİMA” tətbiqi vasitəsilə bilet alışını təsdiq etməlidir. Yaxud özümə də həmin vaxt bilet almalıyam. Əvvəllər ailə üzvlərimiz üçün bileti onlayn rahat ala bildiyimiz halda artıq bu mümkün deyil.
Fotoda Elyar İslamoğlu
Naxçıvana onlayn bilet alışına “SİMA” rəqəmsal imza tətbiq etməyə çalışanlar yaşlıları, smart telefonu olmayanları, telefondakı tətbiqlərdən istifadə edə bilməyən şəxsləri nəzərə almayıb.”,-deyə vətəndaş bildirib.
Elyar İslamoğlu qarşılaşdığı problemlə bağlı AZAL-a da müraciət edib. Aldığı cavab onu qane etməyib.
“AZAL-ın qaynar xətti ilə problemlə bağlı əlaqə saxladım. “Aviakassalardan bilet alın” deyə məsləhət verdilər. Bəs vaxta qənaət? Elektron xidmətlərin əlçatımlılığı? Bəs vətəndaşa xidmət? Axı bilet alışına “SİMA” imza tətbiq etməmişdən rahat şəkildə biletlərimizi onlayn alaraq həm işimizdən olmurduq, həm də vaxta qənaət edirdik. Asan işimizi çətinə salanlar bu problemi həll etməlidir.”,-deyə şikayətçi bildirib.
Digər vətəndaş Rəhman Seyidzadə də bu yenilikdən narazılıq edənlər sırasındadır. R.Seyidzadə bu haqda feysbuk səhifəsində paylaşım edib.
“Siz bu tətbiqi AZAL-ın portalına tətbiq edərkən, düşündünüzmü ki, Naxçıvana gedən sərnişinlərdən ahıl, xəstə, fiziki imkanları məhdud olanları var? Cavan vətəndaşlar öz atası, babası, nənəsi üçün Bakıdan oturub asanlıqla bilet ala bilirdi. Nə üçün AZAL-ın portalında xarici vətəndaşlar üçün “SİMA” lazım olmur, asanlıqla ala bilər bilet? Başa düşüləndir xarici vətəndaşın şəxsiyyətini təstiq edən sənədlərlə DİN-in məlumat bazası uyğunsuzluq təşkil edir, demək ki, nəticədə məlum olur ki, “SİMA” sız da mümkündür bilet almaq. Kimin təxəyyülünün məhsuludur bu?.Elə ahıl var ki, heç sadə mobil telefonu belə yoxdur, çünki istifadə etməyi bacarmır. Bəs, bu ahıl insanlar nə etsin,onlar nə üçün nəzərə alınmayıblar? ”,-deyə vətəndaş bildirib.
Həmçinin oxuyun
Mövzu ilə bağlı AZAL Oxu24.com saytının sorğusuna cavab verib.
Açıqlamada qeyd olunur ki, şəxsiyyətin təsdiqlənməsi prosesi milli aviadaşıyıcının sisteminə tamamilə inteqrasiya olunub. Sərnişinlər AZAL-ın saytında bilet alarkən “SİMA İmza” ilə QR-kodu oxudaraq, AZAL-ın tətbiqində isə “SİMA İmza” tətbiqinə keçid edərək şəxsiyyətlərini təsdiqləyə bilərlər. Onlayn bilet alışı zamanı bir neçə sərnişin üçün bilet alındıqda onlardan yalnız bir nəfərin "SİMA İmza" ilə təsdiq prosesindən keçməsi kifayətdir.
Qeyd edək ki, “SİMA İmza”da qeydiyyat prosesi kifayət qədər sadədir. Hər bir vətəndaş mobil tətbiqi yükləyib cəmi bir neçə dəqiqəyə rahatlıqla qeydiyyatdan keçə bilər.
Xüsusilə vurğulamaq istərdik ki, bu addım Bakı-Naxçıvan-Bakı marşrutunda aviabiletlərin alışı prosesinin rəqəmsallaşdırılması və eyni zamanda şəffaflığın artırılması məqsədini daşıyır.
Naxçıvan istiqamətində biletləri AZAL-ın kassalarından da almaq mümkündür.
Məsələ ilə bağlı “SİMA” da sosial şəbəkədə mövqeyini açıqlayıb.
"Bildirmək istərdik ki, yeni nəsil rəqəmsal həll olan "SİMA İmza" vətəndaşlar üçün tam ödənişsizdir.
Əlavə olaraq qeyd etmək istərdik ki, Azərbaycan Hava Yollarının rəsmi internet səhifəsindən avia bilet əldə etmək üçün “Digital Login” Vahid Giriş Sistemi tətbiq olunur və burada "SİMA İmza" həllindən əlavə istifadəçilərə müxtəlif alternativ imkanlar da təqdim edilir.
Qeyd edək ki, hazırda "SİMA İmza" istifadəçi sayı 3 milyonu ötüb.İstifadəçilərimiz arasında 90 yaş üzərində olan vətəndaşlar da mövcuddur və bu say hər gün artmaqdadır.
"SİMA İmza" tətbiqinin istifadəyə verilməsi ilə vətəndaşların və qurumların elektron imza əldə etməsi üçün xidmət mərkəzlərindən asılılığı aradan qaldırılıb. İndi internetə çıxışı olan istənilən yerdə, istənilən vaxt smartfon vasitəsilə yeni nəsil rəqəmsal imzanın əldə olunması mümkündür. Bunun üçün sadəcə "SİMA İmza" tətbiqini smartfona yükləyib qeydiyyatdan keçmək kifayətdir.",-deyə yayılan postda qeyd olunub.
Miri Məcidli
13:41 / 04 Fevral 2026
1
13:24 / 04 Fevral 2026
33
13:15 / 04 Fevral 2026
95
12:54 / 04 Fevral 2026
384
12:49 / 04 Fevral 2026
81
12:44 / 04 Fevral 2026
80
12:42 / 04 Fevral 2026
52
12:31 / 04 Fevral 2026
484
12:15 / 04 Fevral 2026
490
12:08 / 04 Fevral 2026
179
11:34 / 04 Fevral 2026
204
11:13 / 04 Fevral 2026
686
11:12 / 04 Fevral 2026
100
10:55 / 04 Fevral 2026
106
10:52 / 04 Fevral 2026
82
10:48 / 04 Fevral 2026
346
10:34 / 04 Fevral 2026
79
10:24 / 04 Fevral 2026
73
10:09 / 04 Fevral 2026
84
10:01 / 04 Fevral 2026
85
09:20 / 04 Fevral 2026
75
09:19 / 04 Fevral 2026
266
09:09 / 04 Fevral 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.