Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86ÖZƏL BÖLÜM
422
16.11.2024, 20:04
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Televiziyasına açıqlamasında Ermənistanın və Fransanın COP29-da iştirak etməməsi məsələsinə toxunub.
Oxu24.com xəbər verir ki, Prezidentin köməkçisi Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəfi kimi öz məsuliyyətindən və öhdəliyindən çıxış edərək Konvensiyanın bütün tərəf ölkələrinə, o cümlədən Ermənistana və Fransaya dəvət göndərdiyini diqqətə çatdıraraq deyib:
“Konvensiyanın demək olar ki, bütün üzvləri Bakıdadır. COP29 məkanını gəzdikdə, buradakı dinamik vəziyyəti, dövlətlərin, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri tərəfindən aparılan müzakirələri gördükdə bir daha şahidi oluruq ki, dünya bu gün Azərbaycandadır. COP29-da 75 mindən artıq iştirakçı qeydiyyata alınıb. Ona görə də Ermənistanın iştirak edib-etməməsinin bizə hər hansı təsiri yoxdur”.
Hikmət Hacıyev açıqlamasında Ermənistanın iqlim dəyişməsi və iqlim transformasiyası məsələsində ciddi olub-olmaması məsələsindən də danışıb. O, COP29-un başlamasından əvvəl BMT-nin Ətraf Mühit Proqramının iqlim dəyişmələrinin Cənubi Qafqaza mənfi təsirlərinə dair hazırladığı hesabatda regiondakı dağlarda buzlaqların əriməsi, Xəzər dənizinin suyunun səviyyəsinin aşağı düşməsi, yağıntıların azalması kimi neqativ tendensiyaların yer aldığını vurğulayaraq deyib:
Həmçinin oxuyun
“Hesab edirdik ki, Ermənistanın COP29-da iştirakı Cənubi Qafqaz regionunda əməkdaşlıq, o cümlədən iqlim dəyişməsi kimi vacib məsələlərin birgə müzakirəsi baxımından faydalı imkan olardı. Amma Ermənistanın burada iştirak etməməsi göstərir ki, onun bu günə qədər COP ilə əlaqədar tutduğu mövqe cılız propaqandadan başqa bir şey deyil və Ermənistan bu məsələdə də ciddi deyil. Ermənistanın dövlət strukturlarının iştirakı və dəstəyi ilə Azərbaycana qarşı bir sıra çirkin təbliğat kampaniyaları aparılır. Ermənistanın tutduğu mövqe bundan ibarətdir. Hesab edirdik ki, Ermənistan COP29-a qatılmaqla regional səviyyədə etimad quruculuğu və dialoq prosesinə töhfə vermiş olardı. Amma Ermənistan özü bundan kənara çəkildi”.
Prezidentin köməkçisi Fransanın açıq dialoqa və tənqidə hazır ölkə kimi COP29-da konstruktiv dialoq və müzakirə aparmaq əvəzinə, küskün mövqe tutmasının da anlaşılan olmadığını diqqətə çatdırıb. Qeyd edib ki, okeanın ortasında yerləşən kiçik ada dövlətləri iqlim dəyişmələrinin təsiri nəticəsində ekzistensializm təhlükəsi ilə üzləşib. Fransanın və Niderlandın dənizaşırı regionları də mahiyyət etibarilə kiçik ada dövlətləri kateqoriyasına aid coğrafi ərazilərdir. Öz idarəçilikləri olmadığına, hələ də dənizaşırı regionlar kimi idarə edildiklərinə görə həmin ərazilərin nümayəndələri iqlim problemləri çərçivəsində öz səslərini ucalda bilmirlər.
“Biz iqlim probleminin qlobal problem olduğunu qəbul ediriksə, inklüzivlik prinsipindən çıxış edərək hər bir tərəfə fürsət vermək lazımdır ki, onlar da öz problemlərini qaldırsınlar. Bu, normal hal idi. Lakin təəssüf ki, inklüzivlikdən danışan və konstruktiv tənqidi həmişə təşviq edən tərəf kimi çıxış edən Fransa bir tənqiddən sonra küskün mövqe tutdu, geri çəkilməyə, buna başqa siyasi donlar geyindirməyə çalışdı. Bu, BMT tədbiridir. Burada hər bir dövlətin iştirak etmək və etməmək hüququ var. Ona görə də bu, Fransanın öz qərarıdır”, - deyə Hikmət Hacıyev vurğulayıb.
11:11 / 01 Avqust 2025
Qərar Imzalandı: Bu Şəxslər 5 Il Tez Pensiyaya Çıxacaqlar
1
10:58 / 01 Avqust 2025
Daha bir Xalq artistinin ölüm xəbəri YAYILDI
9
10:57 / 01 Avqust 2025
Tramp 1 trilyon dollar qazanmaq İSTƏYİR
1
10:55 / 01 Avqust 2025
Ambulans qəzasında ölən şəxs polis əməkdaşı imiş - Foto
11
10:39 / 01 Avqust 2025
Rusiyadan şok: Paşinyan devriləcək, Bakı ilə yeni müharibə...
381
10:36 / 01 Avqust 2025
ABŞ Putinin təhlükəsizlik komandasının pilotsuz təyyarələrlə mübarizə üçün “yeni silahını” üzə çıxarıb
22
10:34 / 01 Avqust 2025
“O, hər kəsin sevdiyi əsl Xalq artisti idi” - Mehriban Əliyeva
17
10:24 / 01 Avqust 2025
Direktor müəllimlərin oturduğu sinfə “donuzxana” deyibmiş
23
10:20 / 01 Avqust 2025
DİN açıqlama yaydı: 49 nəfər saxlanılıb
185
10:14 / 01 Avqust 2025
Castin Timberleykdə xəstəlik AŞKARLANDI
23
09:57 / 01 Avqust 2025
Valyutaların məzənnəsi dəyişdi
43
09:46 / 01 Avqust 2025
Portuqaliya Prezidenti ümumi çimərlikdə belə görüntüləndi - VİDEO
23
09:37 / 01 Avqust 2025
Türkiyədə zəlzələ oldu
25
09:31 / 01 Avqust 2025
Mədəniyyət Nazirliyi Arif Babayevin Ailəsinə Başsağlığı Verdi
34
09:29 / 01 Avqust 2025
Avqust dəhşətli istilərlə başladı: Bu gün...
53
09:19 / 01 Avqust 2025
Nadir 6 dəqiqəlik tam Günəş tutulması: Əsrin göy hadisəsini kimlər və nə vaxt izləyə biləcək?
26
09:10 / 01 Avqust 2025
Arif Babayev vəfat etdi
94
08:37 / 01 Avqust 2025
Bu şəxslər Rusiya vətəndaşlığından çıxarılacaq - Putin qanun imzaladı
79
21:19 / 31 İyul 2025
Avropanın ən böyük kazinosu olacaq - Emin təqdim etdi - VİDEO
155
21:10 / 31 İyul 2025
“Azərbaycanla əlaqə qura bilməsək, günah bizdədir” - Pezeşkian
58
16:09 / 31 İyul 2025
Türkiyə-Gürcüstan əməkdaşlığı dərinləşir
86
15:10 / 31 İyul 2025
Lavrov: Rusiya Suriyada vəziyyəti normallaşdırmaq istəyir
79
15:06 / 31 İyul 2025
Rusiyada 8,8 bal gücündə zəlzələdən sonra vulkan püskürüb
88
14:43 / 31 İyul 2025
“Aztelekom” sabiq direktorunun oğlu məhkəməyə gəlmir
160
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.