Bu şəxslərin maaşlarına əlavələr VERİLƏCƏK – FƏRMAN
13 Mart 2025, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86ÖZƏL BÖLÜM
270
08.10.2024, 18:51
Azərbaycan Televiziya və Radio Verilişləri QSC (AzTV) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Ukrayna Ticarət Evi” MMC (VÖEN – 1404173661) olub.
Oxu24.com Yeniavaz.com -a istinadən xəbər verir ki, tenderin qalibi olan şirkət AzTV-nin sifarişi əsasında "Düşən Pullar” televiziya şousunun çəkiliş məkanında yaradıcı heyətin və kütləvi səhnələrdə iştirakçıların qidalanması ("Catering") xidmətini həyata keçirəcək və qarşılığında 24 min 18 manat 90 qəpik alacaq.
Bildirilir ki, AzTV 30 gün müddətində hər gün 230 ədəd sendviç (sendviç çörəyi, toyuq əti 100 qram, kahı, xiyar, pomidor, moyenez) və 6 900 ədəd 0,5 litr su (təbii mineral) alacaq.
Məlumat üçün bildirək ki, 10 manat nizamnamə kapitalı olan "Ukrayna Ticarət Evi” MMC 6 aprel 2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. MMC dövlət qeydiyyatına alınan zaman şirkətin qanuni təmsilçisi Yuriy Osadçenko Leonidoviç olub.
"Ukrayna Ticarət Evi” MMC-nin rəsmi saytında qeyd olunur ki, şirkətin əsas fəaliyyət istiqamətləri xarici ticarət, daxili ticarət şəbəkələri və distribusiyalarının yaradılması, fəal nəqliyyat-logistika zəncirlərinin işlənib hazırlanması, turizm, maliyyə auditi və konsaltinqdir. Eyni zamanda, Ukrayna ticarət-sənaye subyektlərinin Azərbaycandakı kontr-partnyorlar ilə qarşılıqlı əlaqələrinə, onların əməkdaşlığına və istehsalat kooperasiyalarına yardım və konsultativ monitorinq etmək nəzərdə tutulub.
Həmçinin oxuyun
Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Ukrayna Ticarət Evi” MMC-nin qanuni təmsilçisi 59 saylı Quba seçki dairəsindən deputat seçilən Əlibala Məhərrəmzadə Səttar oğludur. Əlibala Məhərrəmzadə iqtisadiyyat elmləri doktoru, eyni zamanda yazıçı-publisistdir.
Onu da qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin 1-ci hisssəsində deputatın hansı hallarda mandatından məhrum ediləcəyi göstərilib. Konstitusiyanın 89-cu maddəsinin 1-ci hisssəsinin 4-cü bəndində açıq şəkildə yazılır ki, deputat dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum edilir.
Məsələ ilə bağlı, Yeniavaz.com-a açıqlama verən millət vəkilinin köməçisi Elnur Xəlilov bildirib ki, Əlibala Məhərrəmzadə 6 sentyabr 2024-cu il tarixindən "Ukrayna Ticarət Evi” MMC-nin təsisçiliyindən azad olunub. Deputatın köməkçisi qeyd edib ki, Əlibala Məhərrəmzadə həm də MMC-nin qanuni təmsilçiliyini başqa bir şəxsə təhvil verib. Elnur Xəlilov reyesterdə müvafiq dəyişikliklərin aparılması üçün Vergi Xidmətinə rəsmi müraciətin edildiyini və yaxın günlərdə dəyişikliyin reyesterdə əks olunacağını bildirib.
Xatırladaq ki, 2022-ci ilin yanvar ayında Ukrayna Prezidenti Volodimir Zelenski Məhərrəmzadə Əlibala Səttar oğlunu III dərəcəli "Xidmətə görə” ("За заслуги") ordeni ilə təltif edib.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski 2019-cu ildə Bakıda "Ukrayna Ticarət Evi” MMC-yə məxsus "Ukrayna Məhsulları” ticarət şəbəkəsinin mərkəzi mağazasının açılış mərasimində iştirak edib.
12:36 / 20 Avqust 2025
Sabahın havası ilə bağlı AÇIQLAMA
6
12:31 / 20 Avqust 2025
ABŞ Rusiya ilə münaqişənin bitməsini Ukrayna üçün xeyir hesab edib
7
12:23 / 20 Avqust 2025
Rusiyada sinifdə intim video çəkən müəllim həbs olundu
56
12:21 / 20 Avqust 2025
ABŞ müharibə bitdikdən sonra Ukraynaya qanun layihəsi təqdim edəcək
16
12:18 / 20 Avqust 2025
Saakaşvili: "Bu, Rusiyanın ən böyük məğlubiyyətidir və böyük dəyişikliklərə səbəb olacaq..."
16
12:06 / 20 Avqust 2025
Ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı azaldı-səbəb…
85
11:58 / 20 Avqust 2025
Tramp məzuniyyətə getmək istəmir
24
11:51 / 20 Avqust 2025
ABŞ Ermənistanın yeni səfirinə razılıq verib
25
11:48 / 20 Avqust 2025
60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb
30
11:40 / 20 Avqust 2025
Qonşular eyvandan bir-birinə atəş açdı — Atışmanın VİDEOSU
161
11:37 / 20 Avqust 2025
Günəşlə istiqaməti necə tapmaq olur? - MARAQLI
31
11:24 / 20 Avqust 2025
Rəqsanəyə nə olub? - Aysundan ŞOK
254
11:19 / 20 Avqust 2025
10 manata görə qətl - Gəncədə dəhşət
31
11:07 / 20 Avqust 2025
ABŞ-nin Ukrayna üçün 3 PLANI
31
11:00 / 20 Avqust 2025
Maşın vurub onları havaya qaldırdı — ANBAAN VİDEO
145
10:51 / 20 Avqust 2025
SON DƏQİQƏ! İsrail bu şəhərin ələ keçirilməsi planını rəsmən TƏSDİQLƏDİ
33
10:48 / 20 Avqust 2025
“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər - Video
37
10:42 / 20 Avqust 2025
Müharibə başlayandan bu günədək 100 mindən çox Ukrayna vətəndaşı Azərbaycana gəlib
31
10:27 / 20 Avqust 2025
Xəyalə Rəisə vəzifə verildi
492
10:15 / 20 Avqust 2025
Qobustanda faciə: Ölən var
415
10:10 / 20 Avqust 2025
Rəqsanə Xərçəng xəstəsi imiş - YENİLƏNİB
118
10:05 / 20 Avqust 2025
Gəncədə qanlı hadisə: Yeniyetmə öldürülüb
63
10:04 / 20 Avqust 2025
Rubl neçəyədir? - MƏZƏNNƏ
35
09:40 / 20 Avqust 2025
Xərçəng daha erkən aşkarlana biləcək
77
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.