Qaynar xətt:

(+99450) 247 90 86

2027-ci ilin əvvəlindən bu YENİLİK OLACAQ

2027-ci ilin əvvəlindən bu YENİLİK OLACAQ

OXU24 TV

97

29.10.2026, 01:13

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sükan arxasında telefondan istifadə edən sürücülər kameralarla da cərimə edilə bilər.

Oxu24.com  xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı təklifdə müzakirə olunub.

Təklifə əsasən, sürücünün hərəkət zamanı telefonu əlində saxlayaraq istifadə etməsinə görə cərimənin kamera görüntüləri əsasında elektron qərarla rəsmiləşdirilməsi mümkün ola bilər. Yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov deyir ki, sükan arxasında telefonla danışmaq, mesaj yazmaq və ya ekrana baxmaq sürücünün diqqətini bir neçə saniyəliyə yayındırır ki, bu da bir çox halda ağır qəzalara səbəb olur.

Ekspert hesab edir ki, bunun üçün kameralar qayda pozuntusunu şübhəyə yer qoymadan müəyyənləşdirə biləcək görüntülər əldə etməlidir. Əks halda sürücülərin cərimələrə etiraz etməsi və mübahisələrin yaranması halları qaçılmaz olacaq.

O, deyir ki, təklif qəbul olunarsa, qanunvericilik prosedurlarının gedişindən asılı olaraq, yeni mexanizmin 2027-ci ilin ilk aylarından tətbiqi mümkün ola bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.