Xəzər dənizində naməlum varlıq görüldü - VİDEO
10 Noyabr 2026, 23:17
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
600
27.05.2026, 15:24
Amnistiya aktı qərarı ləğv edilən və özünü kosmetoloq kimi təqdim edən Elnarə Rzayeva medianı təhdid edib.
Oxu24.com Ajans.az -a istinadən xəbər verir ki, yanvar ayında Bakıda fəaliyyət göstərən “Dr. Elnara” MMC-nin rəhbəri Elnarə Ramiz qızı Rzayeva barəsində amnistiya aktı tətbiq edilmişdi. Xəbər portalı olaraq bu məlumatı sosial şəbəkə hesabımızda və saytımızda paylaşmışdıq. Həmin rəsmi qərarın paylaşılmasından sonra Elnarə Rzayeva tərəfindən “Siz bu xəbəri silməsəz, sabah sizin səhifənizi şikayət edib ömürlük bağlatdıracam. Sabah mən duranda bu xəbər olmasın” məzmunlu təhdid mesajı göndərilib.
Elnarə Rzayeva Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla islah işləri cəzasına məhkum edilmişdi.
Prezident tərəfindən irəli sürülmüş təşəbbüs əsasında Milli Məclisin “Konstitusiya və Suverenlik İli” münasibətilə 19 dekabr 2025-ci il tarixli amnistiya qərarı Elnarə Rzayevaya da şamil olunmuşdu. Lakin bir müddət sonra həmin qərarda dəyişiklik edilib və Elnarə Rzayevaya tətbiq olunan amnistiya aktı ləğv olunub.
Qeyd edək ki, ötən il Bakı və Sumqayıtda fəaliyyət göstərən “LBC” estetik kosmetoloji klinikalarının idarəçiləri Rəna Rüfət qızı Soltanova və Nigar Rüfət qızı Rüfət kosmetoloq Elnarə Rzayevanı məhkəməyə veriblər. Nərimanov Rayon Məhkəməsi onun barəsində ekspertiza təyin etmişdi.
Ajans.az olaraq hazırda kosmetoloq kimi fəaliyyət göstərən Elnarə Rzayevanın lisenziyasının olub-olmaması ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanladıq.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən verilən cavabda bildirilib:
“Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi”ndə və Nazirliyin Analitik Ekspertiza Mərkəzinin qüvvədə olan lisenziyalara dair məlumat bazasında Rzayeva Elnarə Ramiz qızının “dermatologiya” ixtisası üzrə kosmetoloji tibbi fəaliyyətlə məşğul olmaq üçün nə müvafiq təhsilə, nə də fərdi sahibkar kimi həmin fəaliyyət növü üzrə lisenziyaya malik olması müəyyən edilməyib.”
Ajans.az olaraq bizə qarşı təhdid mesajları göndərən bu şəxslə bağlı qanuni tədbir görülməsi üçün DİN və Baş Prokurorluğa müraciət edəcəyik.
11:57 / 11 Noyabr 2026
1
11:50 / 11 Noyabr 2026
24
11:49 / 11 Noyabr 2026
38
11:43 / 11 Noyabr 2026
208
11:34 / 11 Noyabr 2026
47
11:32 / 11 Noyabr 2026
107
11:28 / 11 Noyabr 2026
97
11:16 / 11 Noyabr 2026
272
11:13 / 11 Noyabr 2026
72
11:11 / 11 Noyabr 2026
100
11:06 / 11 Noyabr 2026
86
10:56 / 11 Noyabr 2026
326
10:51 / 11 Noyabr 2026
99
10:45 / 11 Noyabr 2026
103
10:33 / 11 Noyabr 2026
94
10:19 / 11 Noyabr 2026
96
10:13 / 11 Noyabr 2026
95
10:10 / 11 Noyabr 2026
95
10:10 / 11 Noyabr 2026
275
10:09 / 11 Noyabr 2026
157
09:56 / 11 Noyabr 2026
88
09:37 / 11 Noyabr 2026
931
09:35 / 11 Noyabr 2026
130
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.