Xəzər dənizində naməlum varlıq görüldü - VİDEO
10 Noyabr 2026, 23:17
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
733
10.04.2026, 11:48
“YouTube” platformasında yayımlanan “Kazusmedia” hüquq layihəsinin növbəti buraxılışı yayımlanıb.
Layihə bu dəfə də hüquq ictimaiyyətində maraq doğuran mövzulara toxunaraq həm peşəkar hüquqşünaslar, həm də hüquqa maraq göstərən geniş auditoriya üçün maarifləndirici məzmun təqdim edib.
Budəfəki buraxılışın qonağı Vəkillər Kollegiyası Tədris Mərkəzinin direktoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev olub.
O, müsahibə zamanı uzun illər ərzində hüquq sahəsində topladığı zəngin təcrübəyə əsaslanaraq vəkillik peşəsinin incəlikləri, bu sahədə qarşıya çıxan çətinliklər və hüquqi fəaliyyətin cəmiyyət üçün əhəmiyyəti barədə ətraflı fikirlərini bölüşüb.
Professor xüsusilə vurğulayıb ki, vəkil tərəfindən hazırlanmış hüquqi sənədlər işin taleyinə birbaşa təsir göstərə bilər: “Vəkilin yazdığı sənəd bir növ hakimin yol xəritəsinə çevrilə bilər.” Onun sözlərinə görə, bu səbəbdən hüquqi sənədlərin hazırlanması yüksək peşəkarlıq, dəqiqlik və analitik yanaşma tələb edir.
Müsahibədə vəkillər üçün davamlı tədrisin və peşəkar inkişafın əhəmiyyəti xüsusi olaraq ön plana çəkilib. Əmir Əliyev qeyd edib ki, hüquq daim inkişaf edən sahə olduğundan vəkillərin bilik və bacarıqlarını mütəmadi şəkildə yeniləməsi zəruridir. Bu baxımdan, Vəkillər Kollegiyasının Tədris Mərkəzinin fəaliyyəti, təşkil olunan müxtəlif təlimlər vəkillərin peşəkar səviyyəsinin artırılmasına xidmət edir.
Veriliş boyu qonağa hüquq sahəsinə dair aktual məsələlər, vəkil peşəsinin əsas prinsipləri, müdafiə prosesində üzləşilən çətinliklər, hakim-vəkil münasibətlərinin etik çərçivəsi, peşəkar təcrübənin rolu və cəmiyyət qarşısında vəkillərin məsuliyyəti ilə bağlı suallar ünvanlanıb. Əmir Əliyev bu mövzulara münasibət bildirərək vəkilliyin yalnız hüquqi fəaliyyət deyil, eyni zamanda yüksək etik standartlara söykənən ictimai məsuliyyət daşıyan bir peşə olduğunu qeyd edib.
Həmçinin professor vəkilin ictimai imicinin formalaşdırılması, peşəkarlıq anlayışı, müraciət edən şəxslərlə düzgün münasibətlərin qurulması və vəkilliyin gələcək inkişaf perspektivləri barədə fikirlərini bölüşüb. O vurğulayıb ki, güclü hüquq sistemi üçün yalnız qanunvericilik deyil, eyni zamanda yüksək səviyyəli, savadlı və məsuliyyətli hüquqşünasların yetişdirilməsi əsas şərtlərdən biridir.
14:15 / 12 Noyabr 2026
62
14:04 / 12 Noyabr 2026
212
13:59 / 12 Noyabr 2026
190
13:55 / 12 Noyabr 2026
72
13:45 / 12 Noyabr 2026
139
13:36 / 12 Noyabr 2026
174
13:29 / 12 Noyabr 2026
80
13:21 / 12 Noyabr 2026
93
13:20 / 12 Noyabr 2026
124
13:18 / 12 Noyabr 2026
374
13:16 / 12 Noyabr 2026
119
13:07 / 12 Noyabr 2026
347
13:04 / 12 Noyabr 2026
78
13:00 / 12 Noyabr 2026
77
12:40 / 12 Noyabr 2026
78
12:25 / 12 Noyabr 2026
109
12:05 / 12 Noyabr 2026
115
11:55 / 12 Noyabr 2026
119
11:50 / 12 Noyabr 2026
135
11:36 / 12 Noyabr 2026
123
11:35 / 12 Noyabr 2026
118
11:34 / 12 Noyabr 2026
181
11:31 / 12 Noyabr 2026
128
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.