Xəzər dənizində naməlum varlıq görüldü - VİDEO
10 Noyabr 2026, 23:17
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
1089
08.01.2026, 21:26
Pensiyalarda gözlənilən 30-50 manatlıq artım ictimaiyyətdə birmənalı qarşılanmayıb. Rəsmi açıqlamalara görə, bu artım sosial təminatın gücləndirilməsi məqsədi daşısa da, bir çox vətəndaş gündəlik xərclərin fonunda bunun kifayət etmədiyini düşünür.
Bəs bu artım real inflyasiya fonunda alıcılıq qabiliyyətini qoruyurmu?
Məsələ ilə bağlı “Yeni Sabah”a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, hazırkıartımlar insanların gözləntilərinə cavab vermir:
“Pensiyaların artımı ilə bağlı gözləntilər təbii ki, fərqlidir. Amma nəzərə almaq lazımdır ki, pensiyaları birdən-birə iki və ya üç dəfə artırmaq mümkün deyil.
Təbii ki, hazırkı artımlar insanların gözləntilərinə cavab vermir. İnflyasiya, qiymət artımı, xüsusilə də ərzaq və dərman preparatlarının qiymətləri artan təqaüdlərin real dəyərini göstərmir. Yəni artımlar vətəndaşlara real təsir etmir. Ona görə də təqaüdün həcmi və ödəniş miqdarı, ümumiyyətlə, təqaüdçülərə ödənilən vəsait kifayət qədər artırılmalıdır”.
İqtisadçı qeyd edib ki, ölkədə təqaüd sistemi yenidən qurulmalıdır:
“Bunun yolları da tapılmalıdır. Təqaüd sistemi yenidən qurulmalı, ölkədə iqtisadi aktivlik olmalı, qazanc və büdcənin gəlirləri artırılmalıdır. Bütün bunlar nəticədə təqaüd formasında vətəndaşlara geri dönməlidir.
Təəssüf ki, hazırda təqaüdlərin cəmi 8-9% artırılması planlaşdırılır ki, bu da inflyasiyanın yaratdığı yükü aradan qaldırmağa kifayət etmir”.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.