Müşfiq Abbasov bu sözlərinə görə həbs olunub? - VİDEO
23 Fevral 2026, 22:09
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
1576
25.11.2025, 18:04
Qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən daha iki dəstə saxlanılıb.
Oxu24.com Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən sosial şəbəkələrdə qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən şəxslərə qarşı əməliyyat-texniki tədbirlər davam etdirilir.
Kiberpolisin keçirdiyi növbəti əməliyyatlar zamanı qeyd edilən cinayət əməllərində şübhəli bilinən Siyasət Rəcəbov, tanışı İslam Rzayev, həmçinin Şikar Əliyev, Rəsul Həşimov və onların rəhbərlik etdikləri dəstənin digər üzvləri Həsən İtirov, Qoşqar Əlizadə və Kənan Osmanlı saxlanılıblar.
Araşdırmalarla məlum olub ki, adları sadalanan şəxslər müxtəlif xarici ölkələrdə fəaliyyət göstərən qanunsuz qumar, idman mərc oyunlarının keçirildiyi "fastloto.com" və "chcplay.net" internet saytlarının təşkilatçıları ilə cinayət əlaqəsi yaradıb həmin səhifələrdə olan qumar oyunlarında iştirak hüququ verən onlayn link və kodlar alaraq virtual kassa qurublar.
Daha sonra dəstə üzvləri onlarla əlaqə saxlayan ölkə vətəndaşlarını onlayn ödənişlər müqabilində sosial şəbəkələrdə açdıqları "Batumi Kazino", "Priz Kazino" və s. səhifələr vasitəsi ilə qanunsuz kazino və mərc oyunlarına cəlb ediblər.
Saxlanılan şəxslərin paytaxtın Xətai, Yasamal və digər ərazilərində olan ofis və mənzillərinə baxış zamanı çoxsaylı elektron sübutlar, bank kartları, mobil nömrələr və iş üçün əhəmiyyət kəsb edən digər sübutlar aşkarlanıb. Dəstə üzvlərindən götürülən bank kartlarının ayrı-ayrı şəxslərdən müxtəlif ödənişlər qarşılığında alınaraq qanunsuz pul köçürmələrində istifadə edildiyi müəyyən olunub.
Həmçinin oxuyun
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.
S.Rəcəbov, İ.Rzayev, Ş.Əliyev və R.Həşimov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"Bir daha vətəndaşları sosial şəbəkələrdə qarşılaşa biləcəkləri qanunsuz mərc və qumar oyunlarında iştirak etməməyə çağırırıq. Bildiririk ki, əks halda kiberdələduzluq halları ilə üzləşə, bank hesablarınızda olan pul vəsaitlərinizi itirə və bu qanunsuz oyunlarda iştiraka görə məsuliyyətə cəlb oluna bilərsiniz", DİN-in məlumatında deyilir.
09:25 / 25 Fevral 2026
1
09:23 / 25 Fevral 2026
7
09:18 / 25 Fevral 2026
24
00:09 / 25 Fevral 2026
253
23:39 / 24 Fevral 2026
96
23:16 / 24 Fevral 2026
141
23:02 / 24 Fevral 2026
148
22:20 / 24 Fevral 2026
114
22:19 / 24 Fevral 2026
188
22:00 / 24 Fevral 2026
95
21:59 / 24 Fevral 2026
145
21:45 / 24 Fevral 2026
119
21:42 / 24 Fevral 2026
183
21:39 / 24 Fevral 2026
1995
21:35 / 24 Fevral 2026
108
21:34 / 24 Fevral 2026
102
21:31 / 24 Fevral 2026
102
21:08 / 24 Fevral 2026
111
21:08 / 24 Fevral 2026
217
21:03 / 24 Fevral 2026
99
20:51 / 24 Fevral 2026
124
20:39 / 24 Fevral 2026
148
20:35 / 24 Fevral 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.