Fazil Mustafa ixtisarlardan DANIŞDI - VİDEO
04 Fevral 2026, 16:46
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
738
20.11.2025, 14:16
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi ötən gün sığınacaqda baş vermiş ölüm hadisəsi ilə bağlı açıqlama yayıb.
Oxu24.com xəbər verir ki, paylaşımda vəfat edən 16 yaşlı Nurcanın son görüntüləri də yer alıb.
Bildirilib ki, belə bir hal ilk dəfədir yaşanır: “Çox böyük bir faciə yaşamışıq... Sığınacaqda qalan azyaşlı bir qız həyatına son qoyub. Bu hadisədən əvvəl o, doğulduğu rayona getmək istəyirdi və xalasının, həmçinin atasının onu qəbul edəcəyi ümidi ilə yaşayırdı. Xalası dəfələrlə onu götürəcəyini bildirsə də, təəssüf ki, nə himayəyə götürmək üçün müraciət etmiş, nə də real addım atmışdı. Qızın vəziyyəti ilə bağlı dəfələrlə Sosial Xidmətlər Agentliyinə məlumat vermişdik.
Həmçinin oxuyun
Onlar da uşağın ailəsinə qaytarılması üçün çalışırdı. Təəssüf ki, nə ailəsi, nə də ən doğma olan atası onu yanına götürdü. Sosial Xidmətlər Agentliyinin əməkdaşı da onunla dəfələrlə fərdi söhbətlər aparmışdı, lakin bu da müsbət nəticə vermədi. Onun tək istəyi ailəsinə qovuşmaq idi. Ən çox onu tükəndirən atasının ondan imtina etdiyini öyrənməsi oldu. Bu xəbər tam olaraq onun qalan ümidlərini də qırdı. Bilirsiniz, sığınacaq qapalı müəssisə deyil, biz bu hadisənin baş verəcəyini düşünmürdük, amma təhlükənin fərqində idik. Bütün qurumları da məlumatlandırmışdıq. Sonda həyatının baharını belə yaşamamış bu qız dünyadan köçdü. Son olaraq qohumları ondan qalan müəyyən məbləği və geyimlərini götürdülər”.
17:50 / 04 Fevral 2026
1
17:40 / 04 Fevral 2026
288
17:35 / 04 Fevral 2026
39
17:30 / 04 Fevral 2026
40
17:24 / 04 Fevral 2026
160
17:14 / 04 Fevral 2026
59
17:13 / 04 Fevral 2026
40
17:04 / 04 Fevral 2026
64
16:46 / 04 Fevral 2026
56
16:24 / 04 Fevral 2026
71
16:11 / 04 Fevral 2026
93
16:04 / 04 Fevral 2026
1370
15:54 / 04 Fevral 2026
96
15:49 / 04 Fevral 2026
293
15:39 / 04 Fevral 2026
116
15:33 / 04 Fevral 2026
74
15:25 / 04 Fevral 2026
67
15:21 / 04 Fevral 2026
93
15:19 / 04 Fevral 2026
145
15:09 / 04 Fevral 2026
154
15:08 / 04 Fevral 2026
70
14:45 / 04 Fevral 2026
136
14:34 / 04 Fevral 2026
4153
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.