Əliyev Paşinyanla zarafatlaşdı: İlk kim çıxış edəcək? - Video
04 Fevral 2026, 20:46
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
2118
09.11.2025, 00:33
Bakıda keçirilən Zəfər paradında Azərbaycanın İsraildən aldığı “Seabreaker” qanadlı raket kompleksi ilk dəfə nümayiş etdirilib.
Oxu24.com xəbər verir ki,müasir naviqasiya və hədəf izləmə texnologiyaları ilə təchiz olunan bu silah sistemi yüksək dəqiqliyə malikdir və hərbi texnologiyanın ən son nümunələrindən sayılır.
“Seabreaker” kompleksinin Ordumuzun arsenalına daxil edilməsi Azərbaycanın müdafiə qabiliyyətinin daha da gücləndirildiyini göstərir.
Beşinci nəsil raketlər İsrailin “Rafael Advanced Defense Systems” şirkəti tərəfindən istehsal olunub.
“SeaBreaker” uzunmənzilli qanadlı raket kompleksi dənizdən və ya qurudan atıla bilən çoxməqsədli sistemdir. Raket ilk dəfə 2021-ci ilin iyununda təqdim edilib.
Sistem dəniz və quru hədəflərinə dəqiq zərbə endirmək üçün nəzərdə tutulub. Raket 300 kilometrədək məsafəyə çata bilir və turboreaktiv mühərriki sayəsində çox yüksək sürətlə uçur. Raketin uzunluğu təxminən 4 metr, çəkisi isə 400 kiloqramdan azdır.
Həmçinin oxuyun
“SeaBreaker” 114 kiloqramlıq döyüş başlığı ilə təchiz olunub və bir ədəd raketlə böyük gəmini sıradan çıxarmaq gücünə malikdir. Sistem IIR tipli (görüntüləyici infraqırmızı) axtarıcı başlıqla idarə olunur və hədəfə yüksək dəqiqliklə yönəlir.
Raket 100 tonadək yüngül hücum gəmilərinə quraşdırıla bilər və ya “SPYDER” buraxılış qurğularından istifadə edən mobil sahil müdafiə sistemi şəklində də tətbiq olunur.
21:15 / 04 Fevral 2026
1
21:06 / 04 Fevral 2026
20
21:03 / 04 Fevral 2026
36
20:53 / 04 Fevral 2026
25
20:48 / 04 Fevral 2026
90
20:46 / 04 Fevral 2026
38
20:31 / 04 Fevral 2026
127
20:27 / 04 Fevral 2026
31
20:24 / 04 Fevral 2026
99
20:18 / 04 Fevral 2026
92
20:16 / 04 Fevral 2026
59
20:08 / 04 Fevral 2026
58
20:06 / 04 Fevral 2026
176
19:56 / 04 Fevral 2026
278
19:50 / 04 Fevral 2026
43
19:39 / 04 Fevral 2026
241
19:33 / 04 Fevral 2026
166
19:26 / 04 Fevral 2026
111
19:14 / 04 Fevral 2026
72
18:47 / 04 Fevral 2026
77
18:36 / 04 Fevral 2026
82
18:28 / 04 Fevral 2026
126
18:21 / 04 Fevral 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.