"Green card" qaydalarında dəyişiklik edildi
23 May 2026, 11:44
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
645
04.11.2025, 22:34
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi noyabrın 5-də Çempionlar Liqasının növbəti mərhələsində Tofiq Bəhramov adına stadionda keçiriləcək "Qarabağ" - "Çelsi" futbol oyununun biletlərini qeyri-qanuni yolla onlayn satışa çıxaran bir qrup şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-texniki tədbirlər həyata keçirib.
DİN-dən Oxu24.com--a verilən məlumata görə, biletləri əvvəlcədən onlayn qaydada və rəsmi satış məntəqələrindən əldə edib, daha sonra sosial şəbəkə platformalarında müxtəlif səhifələrdə, eləcə də "qara bazar"da dəyərindən daha artıq qiymətə satmaq istəyən Emil Dadaşov, Cavid Dadaşov, Rəşad Həsənov, Murad Mirkişiyev və Vüsal Zalov kiberpolis tərəfindən saxlanılıblar.
Araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxslər biletlərin məhdud sayda olması və oyuna vətəndaşların göstərdikləri böyük maraqdan sui-istifadə edərək bu hüquqazidd əməli törədiblər. Saxlanılan şəxslər barəsində qanunamüvafiq tədbir görülüb, əməliyyatlar davam etdirilir.
"Ölkəmizdə bundan sonra da keçirilməsi nəzərdə tutulan beynəlxalq əhəmiyyətli idman turnirlərini canlı izləmək istəyən vətəndaşlara bir daha müraciət edərək biletləri yalnız rəsmi satış nöqtələrindən əldə etməyi tövsiyə edirik. Bildiririk ki, sosial şəbəkələrdə müxtəlif səhifələr və digər qeyri-qanuni mənbələrdən bilet alan şəxslər dələduzluq halları ilə üzləşə bilərlər", - deyə məlumatda bildirilib.
18:09 / 23 May 2026
20
18:00 / 23 May 2026
7
17:46 / 23 May 2026
62
17:43 / 23 May 2026
147
14:55 / 23 May 2026
500
14:53 / 23 May 2026
220
14:51 / 23 May 2026
208
11:44 / 23 May 2026
107
11:41 / 23 May 2026
128
11:40 / 23 May 2026
100
10:08 / 23 May 2026
177
01:03 / 23 May 2026
277
00:16 / 23 May 2026
583
00:09 / 23 May 2026
541
00:06 / 23 May 2026
278
00:04 / 23 May 2026
218
00:00 / 23 May 2026
507
23:49 / 22 May 2026
189
23:45 / 22 May 2026
688
23:43 / 22 May 2026
475
23:38 / 22 May 2026
332
23:30 / 22 May 2026
284
23:30 / 22 May 2026
177
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.