Qaynar xətt:

(+99450) 247 90 86

Nofel Süleymanov "Whatsapp" səsində onu güllələyən oğlu haqda nə deyib?  —  O, xəyanətə görə öldürülüb? 

news/2025_11_01/415050_1762025419.jpg

OXU24 TV

5287

02.11.2025, 13:20

Mərhum gitara ustası Nofəl Süleymanovu yad etdik.

Oxu24.com mərhum sənətçinin həyat və yaradıcılığı ilə bağlı maraqlı faktları təqdim edir:

Deyilənlərə görə Nofəl Süleymanovun ölümünə müğənni-xanəndə Bəturə Hüseynova ilə aralarında olan sevgi münasibəti səbəb olub. Bildirilir ki, mərhum ifaçı bu münasibətə görə həyat yoldaşı ilə tez-tez mübahisələr edib, ona şiddət göstərib. Anasına olan təzyiqlərə dözməyən oğlu isə məlum hadisəni qəsdən törədib. Lakin haqqında bəhs olunan müğənni açıqlama verir. İsrarla bu hadisənin ona aidiyyatı olmadığını bildirir:

“Onun fotosunu görəndə, düşündüm ki, cavan adamdır görəsən koronavirusdan rəhmətə gedib? Yəni düşünün, ölüm səbəbindən belə xəbərsiz idim. Bunlar isə durub mənim adımı onunla sevgi münasibətində hallandırırlar. Hansı sübutla? Mən 2 ildir Türkiyədə yaşayıb, fəaliyyət göstərirəm. Mənim qarşıma sübut qoysunlar. Mobil operatorlardan siyahı çıxarsınlar, görsünlər ümumiyyətlə, bu insan iki il ərzində mənə zəng edib? O saytın, bu xəbəri yazanların vicdanı, şərəfi yoxdur ki, mənim haqqımda bu cür yalan, böhtan xarakterli xəbərlər yayırlar. Düşünürəm ki, bəlkə heç bu cür mənəviyyatsız insanlara heç baş qoşmayım? Ancaq o insanların bu cür hərəkətlərinə görə cəzalanmalı olduğunun vacibliyini də dərk edirəm”.

 News24.az saytı mərhum Nöfəl Süleymanovun ölümünə səbəb müğənni-xanəndə Bəturə Hüseynova arasında olan sevgi münasibəti olduğunu iddia edib. Bildirilir ki, mərhum ifaçı bu münasibətə görə həyat yoldaşı ilə tez-tez mübahisələr edib, ona şiddət göstərib. Anasına olan təzyiqlərə dözməyən oğlu isə məlum hadisəni qəsdən törədib. Hazırda həmin mesajı görürsüz…

Şövqü Süleymanlı peşəkar formada güləşlə məşğul olub. Azərbaycan çempionatında yarışlarda müxtəlif yerlər tutub. O, 2018-ci ildə 10-cu sinifdə oxuyarkən Gürcüstanda keçirilən yarışda 55 kq çəki dərəcəsində I yerə layiq görülüb.

Hadisə isə ailə üzvlərinin yaxınlarının dediyinə görə tam təsadüf nəticəsində baş verir: Nofəl ailə üzvləri ilə Ağcabədiyə getməyə hazırlaşır. Ailəsinə tapşırır ki, hazırlaşsınlar. Oğlu Şövqüyə isə deyir, ov silahını götürsün, təmizləsin. Bəlkə yolda ov etdilər, silah lazım oldu. Şövqü “Escot” markalı 12 kalibrli ov tüfəngində olan patronları boşaldarkən ehtiyatsızlıqdan tüfəngdən açılmış atəş nəticəsində qırmalar həmin vaxt mətbəxin eyvanında olan atası Nofəl Süleymanlının kürək nahiyəsinə dəyir, Nofəl 2020-ci il sentyabrın 8-də aldığı ağır xəsarətlərdən hadisə yerində vəfat edir. Nofəl “Əli yolu” deyilən məzarlıqda dəfn olunur.

Ətraflı TV11-in videomaterialında...