“Faciənin yeganə “sevincli” tərəfi doğmasının cəsədini tapana verilən “gözaydınlığı” idi” – Şahid danışır
26 Fevral 2026, 16:07
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
345
27.02.2026, 12:13
"Yüz illərdir həm xalq təbabətində istifadə edilir, həm hədislərdə var"- Fitoterapevt üzərliyin faydalarından danışdı
Hazırda üzərlik bitkisinin zərərləri ilə bağlı mediada məlumatlar yayılır. Yyaılan xəbərlərdə deyilir ki,bu bitki zəhərlidir və mütəmadi istifadəsi sağlamlığa zərər verə bilər. "Tüstüsü bronxlara və tənəffüs yollarına mənfi təsir göstərir, ağciyər xəstəlikləri olan insanlar üçün təhlükəlidir",-deyə qeyd olunur.
Məsələ ilə bağlı fitoterpevt Tuqay Əsgərli Oxu24.com-un suallarını cavablandırıb.

-Turqay bəy,min illərdir xalqımızın, elə tibbimizin də faydalı hesab etdiyi üzərlik bitkisi doğrudanmı təhlükəlidir?
-Əvvəlcə üzərlik haqqında danışaq,daha sonra onun xüsusiyyətlərini ortaya qoyaq.Deməli, üzərlik, elmi adı -Peganum harmala L. – olan bu bitkinin farmakoloji xüsusiyyətləri və təhlükəsizlik aspektləri tarix boyu müxtəlif xəstəliklərin müalicəsində istifadə olunub. Xalq təbabətində geniş yayılmış bu bitki müasir elmi araşdırmalarda da diqqət mərkəzindədir.Tədqiqatlarda onun antimikrob, antioksidant, antiparazitar, sedativ və potensial antikonvulsant (epilepsiya əleyhinə) təsirləri qeyd olunub. Fitoterapiya praktikasında üzərlik müəyyən hallarda istifadə edilsə də, onun güclü bioloji aktivliyə malik olması səbəbilə ehtiyatla yanaşılmalıdır.
-Əsrlər əvvəl Peyğəmbərimiz (s): "Üzərliyin hər bir budağına, yarpağına və meyvəsinə bir nəfərin əli yetişənə və ya o, meyvə olana qədər bir mələk vəkil edilib. Onun kökündə və budaqlarında bir sirr, dənəsində isə yetmiş iki dərdin dərmanı var. Elə isə onunla və buxurla müalicə olunun" tövsiyəsi edib. 72 dərdin dərmanı olan üzərliyin tərkibində nə var ki?
-Bitkinin kimyəvi tərkibi əsas aktiv maddələrlə zəngindir, üzərlik toxumlarında əsasən karbolin alkaloidləri mövcuddur. Bunların içərisində əsas bioloji aktiv maddələr: Harmin,Harmalin,Harmol kimi alkaloidlər bitkinin farmakoloji təsirinin əsasını təşkil edir. Onların antimikrob, antiviral, antiparazitar, antikonvulsant (epilepsiya əleyhinə) və sedativ təsirləri müxtəlif eksperimental tədqiqatlarda göstərilib.Yandırılaraq qoxusunun insana verilməsi və baş ağrılarına müsbət təsiri məhz bu alkaloidlərdən irəli gəlir .
-Xalq təbabətində var:“nəzər dəymə”, yaxud, ağır depressiya halında olmağın çarəsini nənələrimiz üzərliklə ortadan qaldırdığını öz gözümüzlə görmüşük.Başımız ağrıyıb, üzərliyin tüstüsünü iylədikdən sonra baş ağrısı çəkilib.
Həmçinin oxuyun
-Bəli, antikonvulsantın təsiri haqqında xüsusi danışmaq lazımdır. Yandırılmış üzərlliyin tüstüsündə olan bu maddə sstres və depressiya kimi mənfi halların qarşısını alır ki, bu da epilepsiya xəstələrinə fayda verir.
-Doktor, xalqımız hələ tibb inkişaf etməmişdən əvvəl belə üsullarla sağlamlığını qorumağa çalışıb.Təbii ki, müsəlman olaraq üzərlik yandıranda müqəddəs kitab olan Quranda adı gedən "əl-Fələq" və "ən-Nas" surələrini də söyləyirdilər.Hətta hədislərdə deyilir ki, Məhəmməd Peyğəmbər iki acı şeydə- üzərlik və səbrdə necə bir şəfa olduğuna dair fikir bildirib.100 illər əvvəl deyilmiş bu fikirlər hazırda sizin klinikanın araşdırmasında necə dəyərləndirilir?
-Klinikamızın araşdırmaları sayəsində müəyyən olunubdur ki, üzərliyin toxumu oynaq ağrılarının ən yaxşı dərmanıdır. Toxumunu əzərək isti su ilə qarışdrıb alınan kütləni isti-isti bədənin ağrıyan yerinə qoyanda ağrılar kəsilir.Sidik yanmasına kömək edir – əzilmiş üzərlik toxumu və isti su ilə qarışdırılmış isti kütləni sidik kisəsi üzərinə qoymaq və 12 qram üzərlik toxumu şəkərlə içərək həmin xəstəlikdən qurtarmaq mümkündür. Toxumu sirkədə qaynadandan sonra həmin maye ilə bədəni ovmaq xeyirlidir. Sidik yolları tutulanda üzərliyin şüyüd və aptekçobanyastığı ilə birlikdə dəmləməsi yaxşı nəticə verir. Tüstüsü diş ağrısının qarşısını alır.Üzərliyi kətan toxumu və balla qarışdırıb qəbul etmək astma xəstəliyi zamanı çox faydalıdır. Üzərliyin kökündən hazırlanan dəmləməsi sinir sisteminə qıcıqlandırıcı təsir göstərir. Burda diqqətli olmaq lazımdır.
-Xalqımız bu bitkiyə əvvəldən mistik qüvvə kimi baxıb. Məsələn, biz uşaq olan vaxtı üzərlik yığmağa gedəndə nənəm deyərdi ki, üzərlik kolunun arasına kiçik bir çörək parçası qoyun, yoxsa, sizi vurğun vurar.
-Bizim xalqımızın folkloru kimi güclü folkloru olan bir xalq yoxdur. Üzərliyi yandırarkən tüstüsündən şəfa alan insanlar bu bitkinin tərkibi haqqında məlumatlı olmaması bir sıra “möcüzə”, “müəmma” kimi diqqət cəlb edən rəvayətlər yarana bilər. Bildiyimiz kimi üzərlik dünyanın bir çox quru iqlimi olan ərazilərində bitir. Azərbaycanın da bir çox ərazilərində bu bitkiyə sıx-sıx rast gəlmək olur. Nənələr bu bitkinin ən çox qəbiristanlıqlarda bitməsindən təşviş keçirib. Bilirsiniz, qəbiristanlıq müsəlman dünyası üçün ən ağır ərazidir və bu bitkinin orada daha çox görünməsi insanları narahat etməyə bilməzdi. Buna müsəlman qəbristanlığında adətən su olmaması, o əraziyə tez-tez ayaq dəyməməsi bu bitkinin orda sıx bitməsinə səbəb olur. Üzərliyə olan mistik münasibət və inanclar, çox güman ki, bitkinin qəbiristanlıqda yetişməsi ilə əlaqədardır.
Üzərliyin rus dilindəki adlarından biri tərcümədə ( могильник) “köhnə qəbiristanlıq” mənası verir. Eyni zamanda qərb mənbələri yazır ki, üzərlik qədim boya bitkisidir . Onun toxumlarından yun və parçaları müxtəlif canlı çalarlarda (sarıdan qırmızıya qədər) boyamaq üçün davamlı boya əldə etmək üçün istifadə olunurdu. Bu boya əvvəllər ənənəvi türk baş geyimləri olan fəsləri boyamaq üçün istifadə edildiyi üçün türk boyası adlanırdı . Harmala boyası bu gün də sənətkar xalçaçılıqda istifadə olunur .
-Demək, üzərlik bitkisi 100 illərdir necə var, eləcə də, qalmalıdır. Amma bəzən ondan istifadə edərkən, sizin kimi təcrübəli fitoterapevtlərlə məsləhətləşməkdə fayda var. Faydalı izaha görə təşəkkür edirik .
Əntiqə Rəşid
13:49 / 27 Fevral 2026
336
13:26 / 27 Fevral 2026
49
13:16 / 27 Fevral 2026
172
12:55 / 27 Fevral 2026
556
12:52 / 27 Fevral 2026
36
12:47 / 27 Fevral 2026
42
12:37 / 27 Fevral 2026
139
12:29 / 27 Fevral 2026
96
12:25 / 27 Fevral 2026
59
11:57 / 27 Fevral 2026
78
11:50 / 27 Fevral 2026
173
11:39 / 27 Fevral 2026
1087
11:34 / 27 Fevral 2026
49
11:16 / 27 Fevral 2026
57
11:10 / 27 Fevral 2026
57
11:07 / 27 Fevral 2026
46
11:01 / 27 Fevral 2026
57
10:52 / 27 Fevral 2026
58
10:40 / 27 Fevral 2026
51
10:14 / 27 Fevral 2026
217
10:13 / 27 Fevral 2026
52
09:59 / 27 Fevral 2026
1205
09:09 / 27 Fevral 2026
63
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.